Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Şəkidə dəhşətli qətl: 1-ci qrup əlili öldürən şəxs tutuldu

 

Şəkidə 1-ci qrup əlili öldürən şəxs saxlanılıb.

Yenixeber.org: Şəki Rayon Prokurorluğunda saytımıza verilən məlumata görə, yanvarın 29-da saat 20 radələrində Şəki şəhərində yerləşən fərdi yaşayış evlərindən birində 1976-cı il təvəllüdlü, 1-ci qrup əlil Eyvaz Səmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması barədə məlumat daxil olub.

Dərhal prokurorluq, polis əməkdaşlarının və məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə maddi sübutlar müvafiq qaydada qablaşdırılaraq götürülüb, müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Təxirəsalınmaz istintaq tədbirləri ilə hadisənin şəhər sakini, 1993-cü il təvəllüdlü Orxan Yusifli tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. O. Yusifli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam