Redaktor seçimi
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Günün xəbəri

İnam Kərimov pambıq sahələrinə baş çəkib- FOTO

    

İnam Kərimov pambıq sahələrinə baş çəkib - FOTO
Kənd təsərrüfatı naziri İnam Kərimov Salyan və Neftçalada pambıq sahələrinə baş çəkib.
Yenixeber.org: Salyanda sort sınaq məntəqəsində pambıq sortlarına baxış keçirən nazirə əkilən sortlar barədə məlumat verilib, hər hektardan orta hesabla 40 sentner məhsul gözlənildiyi bildirilib. Sort sınaq məntəqəsində əkilmiş sortların hər birindən nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılır. Yoxlama zamanı daha çox lif keyfiyyəti, toxum çıxımı və digər göstəricilər müəyyənləşir, sonra dövlət reyestrinə salınaraq onun toxumçuluğu təşkil olunur.

Nazir İnam Kərimov yeni sortların yerli şəraitə uyğunlaşdırılması ilə bağlı görülən işlərlə maraqlanıb, tövsiyələrini verib.



İnam Kərimov, həmçinin Neftçala rayonunda tanınmış pambıqçı Əlibala Səlimovun pambıq sahəsi ilə tanış olub. Pambıqçı bu il 30 hektar sahədə pambıq əkdiyini, əkin zamanı yerli şəraitə uyğun toxumlardan istifadə olunduğunu deyib. Pambıq əkini zamanı digər tanınmış pambıqçıları yarışa çağırdığını xatırladan Əlibala Səlimov qeyd edib ki, bu il hər hektardan ən azı 50 sentner məhsul götürmək niyyətindədir.



Kənd təsərrüfatı naziri pambıq sahəsində çalışan kənd sakinləri ilə görüşüb, texnikanın yığıma hazırlıq prosesi ilə maraqlanıb, pambıqçıları maraqlandıran sualları cavablandırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam