Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Xarici jurnalistlər Cocuq Mərcanlıya səfər edib - FOTO

  İndoneziyadan olan bir qrup jurnalist Cocuq Mərcanlıya səfər edib

Yenixeber.org: Jurnalistlər səfər çərçivəsində Cocuq Mərcanlıdan olan və orada yaşayan məcburi köçkünlərlə  görüşüblər.
Xarici jurnalistlərə məlumat verilib ki, 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Cocuq Mərcanlı kəndi işğal edilmişdi. 1994-cü ildə Azərbaycan Ordusu tərəfindən kəyata keçirilən "Horadiz" əməliyyatı zamanı kənd işğaldan azad edilib. Lakin kəndin ətrafında yerləşən əsas yüksəkliklər Ermənistan tərəfinin nəzarətində olduğu üçün və mütəmadi olaraq atəşə məruz qaldığı üçün kənd sakinləri evlərini tərk etmişdilər.
2016-cı ildə aprel döyüşlərindən sonra ərazidə əsas yüksəklik olan Lələtəpə Azərbaycan Ordusunun nəzarətinə keçdikdən sonra ermənilər ərazidən tamamilə çıxarılıb. Daha sonra Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən kənd yenidən bərpa edilib. Aparılan tikinti və yenidənqurma işləri artıq yekunlaşıb və kəndin sakinləri 25 ildən sonra  öz doğma kəndlərinə qayıdıblar.
İndoneziyalı jurnalistlər Cocuq Mərcanli Kənd orta məktəbində müəllim və şagirdlərlə görüşdükdən sonra kəndin yeni tikilən məscidində olub və namaz qılıblar.
Xarici jurnalistlər təmas xəttinə səfər edərək ön xətdə yerləşən hərbi hissədə  baş çəkib və buradakı şəraitlə yaxından tanış olublar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam