Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Taksi xidmətləri bahalaşacaq?

Taksi xidmətləri bahalaşacaq?

 

Banklar dekabrın 1-dən etibarən xarici taksi şirkətlərinə kartla ödəniş zamanı 18% əlavə dəyər vergisi tətbiq edəcək

 

Yenixeber.org: Yeni qərarı şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, kartla ödəniş zamanı 18% əlavə dəyər vergisinin tətbiqi ilə bağlı xarici taksi şirkətləri əvvəlcədən xəbərdar edilməli idilər: “Şirkətlərin fəaliyyətlərini qaydalara uyğunlaşdırması prosesi gecikə bilər. Hətta onlardan bəzilərinin bazarı tərk etməsi istisna deyil. Bu da yaxşı hal hesab olunmur. Daha keyfiyyətli, ucuz xidmətin göstərilməsi üçün rəqabətli mühit lazımdır”.

Ekspert deyir ki, şirkətlər insanlara həm də əlavə qazanc mənbəyi yaratmışdı: “Qaydaların tətbiqindən sonra şirkətlər bazarı tərk edərsə, bu işsizliyə də təsir edəcək. Başqa tərəfdən taksi xidmətləri azsaylı sektorlardandır ki, burada rəqabət var. Nəticədə  son illər taksi xidmətlərinin keyfiyyəti və qiymətləri insanları qane edir. Ölkədə iki devalvasiyanın baş verməsinə, benzinin bahalaşmasına baxmayaraq, taksi xidmətlərinin qiymətlərində artım baş verməyib. Əksinə, son aylarda ucuz xidmət göstərən şirkətlər bazara daxil olub. Qərardan  sonra şirkətlər bazarı tərk edərsə, rəqabətli mühit zəifləyəcək. Bu da qiymətlərin artımına səbəb ola bilər. Hətta tərk etməsələr belə, ƏDV-yə cəlb olunduqları təqdirdə qiymətləri bahalaşdıracaqlar.  Vergi rüsumlarının artımı, adətən, şirkətlərin deyil, vətəndaşın cibindən çıxır". 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam