Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Zaurun verilişinə çıxdım ki, ipotekam bağlansın”- Əməkdar artist

    

“Zaurun verilişinə çıxdım ki, ipotekam bağlansın” - Əməkdar artist
“Deyirlər ki, Tünzalə efirdə pul yığır. Amma heç kim işin mahiyyətini bilmək istəmir” 


Yenixeber.org: Əməkdar artist, "Toppuş bacı" obrazı ilə sevilən aktrisa Tünzalə Əliyeva ATV telekanalında Zaur baxşəliyevin aparıcısı olduğu “Bizimləsən” verlişində iştirakına görə onu qınayanlara cavab verib.
Xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa bildirib ki, verilişdə müalicəsi üçün heç kimdən pul istəməyib, yalnız xahişi evininin krediti ilə bağlı olub. 

“Bilmirəm, nə məqsədlə belə söhbətləri ortaya atırlar. Mən heç kimdən müalicə üçün pul istəməmişəm. Yəqin, bu sözü deyənlər verilişə baxmayan adamlardır. Durduq yerdə mənə problem yaradırlar. Efirə müalicəmə görə çıxmamışam. Onu kim yayıb, kim deyib bilmirəm. Milli Onkologiya Mərkəzi müalicəmi pulsuz edir. Zaurun verilişinə çıxmışdım ki, ipotekam bağlansın. Çünki nə zamana kimi yaşayacağıma qarantım yoxdur. Qorxuram ki, birdən dünyamı dəyişərəm, ailəm evsiz qalar. Deyirlər ki, ikinci evimin ipotekasıdır. Mən yalandan milyonların qabağına niyə çıxım ki? Birinci gün efirə çıxıb, bu məsələlərə aydınlıq gətirəcəyəm”.

Əməkdar artist sənət yoldaşlarının ona dəstək olduğunu qeyd edib: “Sənət yoldaşlarım hər gün zəng edirlər. Xalq artisti Arif Quliyev bu gün mənimlə əlaqə saxlayıb dəstək oldu. Ümumiyyətlə, tanıdığım və tanımadığım insanlardan mənəvi dəstək görürüəm. Hamısına təşəkkür edirəm”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam