Redaktor seçimi
Kolxozdan gələn gömrük generalının müəmmalı keçmişi:
ELMİN AZƏRBAYCAN “BAZARI”… –
43 saylı Notariat Kontorundan şikayət:
Kənd təsərrüfatında qohumbazlıq nümunəsi:
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Günün xəbəri

Miqrant uşaqlarının çempionluq yürüşü -Rasionalizmin təntənəsi - ŞƏRH

 

 

Onlar bunu bacardılar

Yenixeber.org: Fransızların qismətində Moskvanı fəth etmək də varmış. Napoleonun “Böyük ordu”sunun 200 il öncə bacarmadığını Didye Deşamın əsası miqrant ailələrin uşaqlarından təşkil olunmuş komandası reallaşdırdı. Rusiyada təşkil olunan futbol üzrə XXI dünya çempionatı onların zəfəri ilə xatırlanacaq...

Mundial ərəfəsində baxışlar fərqli idi. Azarkeşlərin dəstəklədikləri komandaları zirvədə görmək arzuları öz yerində, bukmeykerlər 5 yığmanı qızıl medallara daha şansı sayırdılar. Əsas favorit yarışın son qalibi Almaniya millisi idi. Yoahim Lövün rəhbərlik etdiyi kollektivin çempionluq əmsalı üçün 5.00 uyğun görülmüşdü. Braziliyada bu göstərici 5.50, Fransada 6.00, İspaniyada 6.50, Argentinada isə 8.50 təyin olunmuşdu. Yekunda favorit “beşlik”dən yalnız biri mükafatçılar sırasına düşə bildi. Əvəzində, Xorvatiya və Belçika milliləri tarixlərində ilk dəfə müvafiq olaraq, gümüş və bürünc medallara sahib çıxdılar.

İspaniyalıların çempionatın startına bir gün qalmış baş məşqçi Xulen Lopeteginin Fernando Yerro ilə əvəzlənməsindən sonra “qızıl savaşı”nda yer almayacaqları aydın görünürdü. Argentinalıları da siyahıdan silmək üçün çox gözləməyə gərək qalmadı. İlk turda İslandiya ilə 1:1-lik heç-heçə, ardınca Xorvatiyaya 0:3 hesablı məğlubiyyətdən sonra Lionel Messinin əsas söz sahibi olduğu komandanın ən yaxşı halda qrupdan çıxa biləcəyi sezilirdi.

Dünya çempionatı üçün geniş heyət seçimi olan iki komandadan biri – Braziliyaya ümidlər böyük idi. Ancaq lider Neymarın Rusiyaya futbolçu deyil, aktyorluq bacarığını nümayiş etdirməyə gəlməsi “sambaçılar”ın yolunda ən böyük əngəl oldu. PSJ-nin forvardı zədə üzündən mundiala gələ bilməsəydi, indi bəlkə də Braziliyanın çempionluğundan danışırdıq...

Əsas favoritə gəlincə, almanlar son 4 ildə güclənmək yolunda ciddi addım atmamağın qurbanı oldular. Lövün "öz xurcunundan yeyib", Moskvanı fəth etmək arzusu baş tutmadı. Qəribə səslənsə də, Bundestimdə futbolçu böhranı var. Reallıq budur ki, Mario Qomes - Timo Verner - Tomas Müller hücum “üçlüy”ü ilə çempion olmaq çətin məsələdir. Digər tərəfdən, qapıçısı Manuel Noyerin uzunmüddətli zədədən qayıtması, komandanın liderləri Mesut Özül və İlkay Gündoğanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdükləri üçün azarkeşlərlə böhran yaşaması kimi amillər Almaniyaya titulla vidalaşmaq bahasına başa gəldi...

Bütün bunların fonunda mundialda nə etdiyini bilən yeganə komanda vardı – Fransa yığması. Didye Deşam bir daha sübut etdi ki, müasir futbolda romantizmə, emosiyalara qapılmağa, gözəxoş futbol oynamağı pioritet seçməyə yer yoxdur. Zirvəyə gedən yol rasionalizmdən keçir.

Baş məşqçi əlində geniş seçim olmasına rəğmən, oyun üslubunu rəqibə görə müəyyənləşdirdi. Fransalılar heç bir matçda plansız hücuma atılmadılar, topu nə vaxt özlərində saxlamağı, nə vaxt rəqibə verməyi yaxşı bildilər. Əksər hallarda müdafiə olunan zaman 4-4-2, hücuma keçəndə isə 4-3-3 sxemi üzrə hərəkət etdilər.

Təcrübəli Uqo Lyorisin qapıdakı inamlı çıxışı, müdafiənin mərkəzində Samuel Umtiti və Rafael Varanın etibarlı oyunu, cinahlarda yer alan gənclərin – solda Lüka Ernandesin, sağda isə Benjamen Pavarın istedadı komandanın dinamikliyi üçün təməl oldu. Müadafiənin önündə N`Qolo Kante - Pol Poqba dueti inanılmaz performans sərgilədilər. Onlara əvəzetmələrlə Korenten Tolisso, Blez Matüidi və Stiven N`Zonzi dəstək verdilər.

Deşam 7 oyundan 5-də hücumda Antuan Qrizmann – Olivye Jiru – Kilian Mbappe triosuna güvəndi. Baş məşqçi mundialda qol bir yana, çərçivəyə bircə zərbə belə, vurmayan Olivye Jirunu oynatdığı üçün bəzi mütəxəssislər tərəfindən tənqid olunsa da, kənar söyləntilərə yox, təcrübəli forvardın meydanda daha çox topsuz gördüyü işə önəm verdi.

Qaliblərin mühakimə olunmaması öz yerində, Fransa millisi həqiqətən çempionluğa ən layiqli kollektiv idi. İndi Deşamın komandasını yalnız bir məqama görə məzəmmət edirlər – çempionluğu fransızlar deyil, miqrant ailələrin uşaqlarından formalaşmış kollektiv əldə edib. Bu, doğrudan da belədir. Heyətdə yer alan 23 futbolçudan 17-si (!) fransız deyil.

Stiv Mandanda, Presnel Kimpembe, Stiven N`Zonzi (hamısı Konqo Demokratik Respublikası), Cibril Sidibe, N`Qolo Kante, Usman Dembele (hamısı Mali), Samuel Umtiti, Kilian Mbappe (hər ikisi Kamerun), Pol Poqba (Qvineya), Korenten Tolisso (Toqo), Blez Matüidi (Anqola), Adil Rami (Mərakeş), Nabil Fekir (Əlcəzair) və Benjamen Mendi (Seneqal) Afrika kökənlidir. Alfons Areolya filippinli, Rafael Varan (Martinika) və Toma Lemar (Qvadelupe) isə Karib hövzəsindəndirlər.

Bəlkə, bir az da dərindən araşdırsalar, Uqo Lyoris, Benjamen Pavar, Lüka Ernandes, Florian Toven, Antuan Qrizmann və Olivye Jirunun soyunun başqa yerdən gəldiyi üzə çıxar. Lakin istənilən halda, bu məqam Fransa millisinin uğuruna kölgə salmamalıdırlar. Onlar bunu bacardılar. Heyətin gənclərdən təşkil olunması isə bu komandanın qarşıdakı böyük turnirlərdə də dominantlıq edəcəyindən xəbər verir...(report)

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     

Ən çox oxunanlar