Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

AVRO-2016: Bu gün ilk yarımfinalçı məlum olacaq

 

Bu gün AÇ-2016-da 1/4 final mərhələsinə start veriləcək.

 

Xeberinfo.com:   Apasport.az saytının məlumatına görə, ilk yarımfinalçının adı Polşa və Portuqaliya yığmaları arasında keçiriləcək matçdan sonra müəyyənləşəcək.

 
Qrup mərhələsində xal baxımından Almaniyadan geri qalmayan polyaklar iddialarını davam etdirmək arzusundadırlar. 1/8-də İsveçrəni penaltilər seriyasında üstələyən Polşa millisində özünəinam hissi artıb. Komanda oyununa güvənən polşalılar Portuqaliyaya problem yarada bilər.
 
Öz növbəsində, Portuqaliya da matça qələbə üçün çıxacaq. Avro-2004-də gümüş medallara sahib çıxan pireneylilər AÇ-2012-də bürünc medallara yiyələnmişdilər. Kriştianu Ronaldo və komanda yoldaşları bu dəfə qızıl mükafata iddialıdırlar. Portuqaliya yığması qrup mərhələsini yaxşı keçirməsə də, hələ AÇ-2016-da məğlubiyyət acısı dadmayıb. 1/8 finala qrup üçüncüsü kimi adlayan “Avropanın Braziliyası” bu mərhələdə güclü Xorvatiya yığmasını mübarizədən kənarlaşdırıb.
 
 
Avropa çempionatı - 2016
1/4 final mərhələsi
30 iyun
 
23:00. Polşa - Portuqaliya
Baş hakim: Feliks Brıx
Marsel. “Velodrom” stadionu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam