Pul, intiqam, dəlilik… Bu qadınların cinayət törətmələrinin bir çox səbəbi olub. Bəziləri bu cinayətləri tək, bəziləri isə partnyorları ilə törədib. Lakin hamısının bir ortaq cəhəti olub: Qəddarlıq.

Yenixeber.org: Bu məqalədə törətdikləri cinayətlərlə yaddaşlarda qalan qadın qatillərdən bəhs edəcəyik.

Beverli Allit

1968-ci ildə anadan olan bu qadın 1991-ci ildə bir xəstəxanada tibb bacısı kimi işə qəbul olunub. Burada 58 gün işləyən qadın bu müddət ərzində 4 uşağı öldürdü, 9 uşağın isə həyatına son qoymağa cəhd etdi. Qadın 1993-cü ildə həbs olunub. O, məhkəmə zamanı özünün günahsız olduğunu deyib. Qadının sonralar “Münchausen” sindromundan əziyyət çəkdiyi məlum olub. Bu sindromu yaşayan insanlar özlərini xəstə hiss edir və xəstəlikdən qurtulmaq üçün başqalarına hücum çəkmək ehtiyacı hiss edir.

Raya və Səkinə

Gənclik illərində insan alverilə məşğul olan iki misirli qadın daha sonralar pul qazanmağın yeni yolunu kəşf edir. Misirin elit ailələrindən olan qadınları qaçırıb qarşılığında külli miqdarda pul tələb edən Raya və Səkinə istədiklərini əldə edən bilməyəndə cinayətlər törədirmiş. Bir gün bu törətdikləri cinayətlərdən izləri tapılır və edam edilirlər. Beləliklə, Raya və Səkinə Misirdə edam edilən ilk qadınlar kimi tarixə düşürlər.

Marta Nidl

1863-cü ildə kasıb bir ailədə dünyaya gözlərini açan qadının uşaqlıq illəri çox çətin keçib. Hələ uşaq yaşlarında ailəsi ilə yola gedə bilməyən Marta ailəsindən qurtulmağı özünə məqsəd seçir. O, evdən çıxmaq üçün Henri ilə evlənir və bu nikahdan 3 uşaq dünyaya gəlir. Ancaq Marta Henri ilə də yola gedə bilmir. 1882-ci ildə ərini və 3 uşağını zəhərləyərək öldürən qadın iki nəfərin, Cunken qardaşlarının köməyilə siğortadan külli miqdarda pul qazanır. Qadın bu iki nəfərdən biri ilə, Otto Cunken ilə eşq yaşayır. O, digər qardaşı zəhərləyərək öldürür. Bu cinayətlərdən başqa, Marta evindəki xidmətçiləri də bu yolla öldürüb. Həbs olunan qadın məhkəmə zamanı cinayətlərin onun tərəfindən törədildiyi aşkarlansa da, günahlarını boyununa almır. Ən maraqlısı isə odur ki, Otto Cunken ona inanan tək insan olur.

Ceyn Veber

Ceyn Veber 1874-cü ildə doğulub. 1905-ci ildə 2 uşağını itirən Marta bundan sonra digər uşaqları öldürmək qərarına gəlir. Marta küçələrdə tapdığı 4 uşağı boğaraq  öldürür. Ceyn Veber bacısı evdə olmayanda öz bacısı uşağını da boğaraq öldürür. Evə sonradan gələn bacısı öz övladını ölü vəziyyətdə gördükdən sonra cinayətin təfərrüatları ortaya çıxır. Həbs olunan Ceyn məhkəməyə aparılmamışdan öncə dəli olduğu müəyyən edilir və dəlixanaya göndərilir.

Vera Renczi

Vera 1903-cü ildə zəngin bir ailədə dünyaya gözlərini açıb. O, gözəlliyi ilə seçilirdi və yaşlı kişilərlə maraqlanırdı. İlk evliliyini zəngin bir iş adamı ilə gərçəklədirən Vera ərini xəyanətlə günahlandırır və onu şərabla zəhərləyir. İkinci əri də oxşar olaraq özündən xeyli böyük olur və oxşar şəkildə də zəhərləyərək öldürür. Beləliklə, özündən yaşlılarla evlənib bir-bir cinayətlər törədən qadın bir gün sevgilsinin ondan şübhələnməsi ilə yaxalanır. Veranın şəxsi evinə gələn polislər evdə cəsədlər tapır. Həbs olunan Vera elə həbsdə də vəfat edib.

Cuanna Barraza

Barraza 1956-cı ildə doğulub. Anası içki aludəçisi olan Barraza gənc yaşında pul qarşılığında bir nəfərə satılır. Qadın bu adam tərəfindən dəfələrlə zorlanır. Onun 1990-cu ildən cinayətlərə başladığı deyilir. Dövlət məmuru paltarını geyib qapı-qapı gəzərək yaşlıların evinə girir və onları öldürərək, evlərdən oğurluq edir. Bir gün qonşulardan biri ondan şübhələnir və qadın evlərdən birinə gedərkən ələ keçirilir.

Tamerlan Mehdi / Minval.İnfo