Redaktor seçimi
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
Günün xəbəri

DEVALVASİYADAN 5 İL SONRA... -Azərbaycan iqtisadiyyatı böhrandan çıxa bilibmi?

 

Azərbaycanda manatın birinci devalvasiyasından 5 il keçir. 2015-ci il fevral ayının 21-də manat digər valyutalara nəzərən dəyərini 26%-ə qədər itirdi. Proses bununla yekunlaşmadı, 10 aydan sonra oxşar hadisə baş verdi, 1 dollar 1 manat 70 qəpiyə qədər bahalaşdı.

Yenixeber.org: Devalvasiya iqtisadiyyata, əhalinin gəlirlərinə, sosial rifahına olduqca mənfi təsir göstərdi. Bankların üçdə biri sıradan çıxdı, maliyyə sistemi silkələndi. Qiymətlər artdı, iş yerləri bağlandı və əhali bankların sərt təzyiqi ilə üz-üzə qaldı.

Hökumət böhrandan çıxmaq, itkiləri bərpa etmək üçün silsilə tədbirlərə əl atdı. Yol xəritələri, dövlət proqramları, güzəştlər və s. stimullaşdırıcı tədbirlər həyata keçirdi.

Bəs devalvasiyadan 5 il sonrakı dövrün mənzərəsi nədən ibarətdir? Hökumətin anti-böhran tədbirləri hansı nəticələr verdi, hazırda hansı problemlər mövcuddur?

İqtisadçı ekspert Samir Əliyev saytımıza şərhində bildirib ki, devalvasiyadan sonra hökumətin həyata keçirdiyi əsas tədbirlər qeyri-neft sektorunun inkişafı məqsədi ilə atılan addımlardan ibarət oldu.

 

 

Onun sözlərinə görə, vergi güzəştlərinin tətbiqi, gömrük rüsumlarının azaldılması, ixracın təşviqi, yoxlamaların dayandırılması bu sektorda inkişafı stimullaşdırıb: “Bu sahədə müəyyən canlanmalar var. Qeyri-neft sektorununun inkişafı baxımından devalvasiyadan əvvəlki səviyyəyə yeni gəlib çatmışıq. Amma bütövlükdə bu sahədəki gəlirlər neft sektorundan əldə olunan gəlirləri əvəzləmək iqtidarında deyil.

Kiçik və orta sahibklarlığın inkişafı ilə bağlı da müəyyən addımlar atılıb. Daha sonra problemli kreditlərin həlli ilə bağlı vətəndaşlara kompensasiyaların verilməsini, əmanətlərin yüz faizlik sığortalanmasını da ciddi addımlar hesab etmək olar”.

S. Əliyev deyir ki, görülən tədbirlərə baxmayaraq, problemlər qalmaqdadır: “Əsas problemlərdən biri odur ki, bank sektoru hələ də böhrandan tam olaraq çıxa bilməyib. Bir sıra banklar özlərinə gəlsələr də, bəzilərinin taleyi sual altındadır. Banklar iqtisadiyyatı kreditləşdirməkdə hələ ki maraqlı görünmürlər. Əllərindəki pulun cəmi 40-45 faizini kreditlərə yönəldirlər. Halbuki, bu rəqəm devalvasiyadan əvvəl 70 faiz civarında idi. Banklar əllərindəki vəsaitləri daha çox passiv hərraclara yönəlidirlər. Məsələn, Mərkəzi Bankın depozit hərraclarında və qısa müddətli bondların alınmasında iştirak edirlər. Bunlar iqtisadiyyat üçün əhəmiyyət daşımayan addımlardır”.

S. Əliyev qeyd edir ki, əhalinin kredit borcu problemi həllini tapsa da, daha böyük borc yükünə malik olan sahibkarlar hələ də "devalvasiya faizi" ödəyirlər: “Sahibkarların götürdükləri kreditlərlə bağlı məsələ açıq qalır. Əslində, sahibkarlar əhalidən daha çox zərər çəkmişdi. Bu gün sahibkarların kreditlərə əlçatanlıq vəziyyəti yaxşı deyil. Çünki onların kredit tarixçələri pisləşib, kreditləri nə qaytara, nə də yenidən ala bilmirlər”.

 

 

Ekspert ciddi problemlərdən biri kimi dövlətin iqtisadiyyatdan hələ də çəkilməməsini göstərir: “Bu sahədə hələ ki, addımalar atılmır. Dövlət iqtisadiyyatdakı rolunu azaltmaq əvəzinə getdikcə artırır. Hesab edirəm ki, dövlət iqtisadiyyatdan geri çəkilməlidir və özəl sektorun inkişafına şərait yaradılmalıdır”.

Samir Əliyevin sözlərinə görə, 21 dekabrı 2015-ci ildə manatın üzən məzənnəyə keçidi élan olunsa da, buna hələ də nail olunmayıb: “Yol xəritələrində müddət kimi 2017-ci il göstərilmişdi, sonradan 2020-ci ilə qədər uzadıldı. Düşünürəm ki, bu il də üzən məzənnəyə keçid mümkün olmayacaq. Azərbaycan iqtisadiyyatının strukturu, diversifikasiya olmaması, neftdən asılılığın davam etməsi, kölgə iqtisadiyyatının həcminin yüksək qalması Azərbaycanda üzən məzənnəyə keçidi mümkünsüz edir. Keçid olarsa, bu, Azərbaycanda ciddi təlatümələrə səbəb ola bilər”.

İqtisadçı Nemət Əliyev isə bildirib ki, Azərbaycanda növbəti devalvasiya ehtimalını istisna etmək olmaz. Onun sözlərinə görə, dövlət büdcəsinin gəlirləri yanvar ayında 13,7% azalıb: “Ötən ilin yanvar ayında dövlət büdcəsinə 2,1 milyard manat yığılmışdısa, bu ilin yanvarında 1,8 milyard manat yığılıb. Bu il yığım 300 milyon manat azalıb”.

 

 

Ekspert 2019-cu ildə vergi və gömrük orqanlarının tapıb üzə çıxardıqları 1 milyard manatlıq əlavə vergi yığım mənbələrinin bu ilin yanvar ayında özünü göstərə bilməməsinin anlaşılan olmadığnı vurğulayıb: “Hər bir halda hazırkı vəziyyət heç də ürəkaçan deyil və nikbin perspektiv vəd eləmir. Məsələ ondadır ki, bu ilin dövlət büdcəsi ötən ilin büdcəsindən 1 milyard manat çox həcmdə təsdiq edilib və büdcəyə ilin sonunadək 24,1 milyard manat pul toplanmalıdır. 

Plana görə hər ay büdcəyə orta hesabla 2 milyard manat daxil olmalıdır. Yanvar yığımı isə bu göstəricidən təxminən 200 milyon manat azdır. Deməli, yığım planı 9% kəsirlə icra olunub. Xam neftin hasilat həcminin və birjalarda neft qiymətlərinin aşağı düşməkdə olduğu bir dövrdə büdcə gəlirləri üzrə öhdəliklərin yerinə yetirilməsindəki çətinliklərin daha da böyüyəcəyini indidən proqnozlaşdırmaq mümkündür. Belə bir şəraitdə dövlət büdcəsində bir sıra layihələr icra olunmaya, maliyyələşmədə ciddi problemlər yaşana bilər. Vəziyyət bir az da tündləşsə və davamlı xarakter alsa, növbəti devalvasiya məsələsi qaçılmaz addım kimi gündəliyə daşına bilər”.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam