Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Bank sektoru sabit deyil”

 

“Bank sektoruna kifayət qədər vəsait də versək, bu gün bank sektoru onu qəbul etməyə hazır deyil. Çünki o, sabit deyil, onun ötürücülük qabiliyyəti doğru deyil. Tezliklə bank sektrorunda sabitliyin bərpa olunması, bank kreditlərinin aktivliyinin bərpa olunmasına çalışırıq”.

Xeberinfo.com:  “Report”un verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, əsas prioritet sabitləşdirmədir: “Sabitlik yoxdursa, insanlar da, müəssisələr də öz gəlirlərini itirir və dövlət də öz gəlirlərindən məhrum olur. Ona görə də sabitləşdirmə ilə insanların, müəssisələrin, dövlətin gəlirlərini itirməsinin qarşısını almalıyıq. Əgər sabitliyə nail olmasaq, heç bir investor bizə inanmayacaq. Nə xarici, nə də daxili investor qeyri-müəyyənlikdə investisiya etməyəcək”.

AMB sədri hesab edir ki, hökumətin, Mərkəzi Bankın diqqətinin fokuslandığı əsas məsələ Maliyyə Nazirliyi ilə birlikdə makroiqtisadi sabitliyin tezliklə bərpa olunması ilə bağlıdır və bununla artıq yeni inkişaf strategiyasına keçidin, maktroiqtisadi artımın bərpa olunması, yeni inkişafın və iqtisadi artımın təmin olunmasıdır: “Bu istiqamətdə xüsusilə Maliyyə Sabitliyi Şurası çox ciddi iş aparır. Yaxın dövrlərdə yekunlaşdırıb Prezidentə təqdim edəcəyik”.

“Fevral ayından bazara intervensiya etmirik. Amma müəyyən idarəetmə var. Biz əmin deyilik ki, idarəetməni götürsək manatın məzənnəsi ilə nə baş verər. 2017-ci ildə makroiqtisadi sabitliyin möhkəmlənməsi, manatın məzənnəsinin sabitləşməsi, təsbit olunması, buradan gedən yol qiymətlərinin sabitliyi, bundan sonra makroiqtisadi siyasətin sərtliyinin azaldılması, inkişafa doğru gedən inkişaf stregiyasına keçmək üçün kifayət qədər imkanlarımız olacaq” – E.Rüstəmov əlavə edib.

AMB başçısı bununla yanaşı bildirib ki, tədiyyə balansının mənfi saldosu əsasən kapitalın hərəkəti ilə bağlıdır: “Tədiyyə balansının bu il gözlənilən 5 mlrd. dollarlıq mənfi saldosu əhəmiyyətli rəqəmdir. Onun 88-90%-i məhz kapitalın hərəkəti ilə bağlıdır. Yəni, keçmiş və gələcəklə bağlıdır. Keçmişdə götürülmüş borclar var, digər tərəfdən isə gələcəkdə çox böyük layihələr həyata keçiriləcək və ondan böyük gəlir götürücəyik”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam