Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Avropa Liqası :Bu gün 1/8 final mərhələsinin püşkü atılacaq

 

 

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Yenixeber.org: İsveçrənin Nyon şəhərində təşkil olunacaq mərasimə 1/16 final mərhələsini adlayan komandalar qatılacaqlar. Onlardan 15-i artıq müəyyənləşdiyi halda, sonuncu vəsiqənin sahibi təxirə salınmış cavab görüşünün yekununda bəlli olacaq.

Püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

1/8 final mərhələsinin iştirakçıları:

“Bazel” (İsveçrə)

“Kopenhagen” (Danimarka)

“Xetafe” (İspaniya)

“İnter” (İtaliya)

“Başakşehir” (Türkiyə)

LASK (Avstriya)

“Bayer” (Leverkusen, Almaniya)

“Mançester Yunayted” (İngiltərə)

“Olimpiakos” (Yunanıstan)

“Reyncers” (Şotlandiya)

“Roma” (İtaliya)

“Sevilya” (İspaniya)

“Şaxtyor” (Donetsk, Ukrayna)

“Volfsburq” (Almaniya)

“Vulverhempton” (İngiltərə)

“Ayntraxt” (Frankfurt, Almaniya) / “Zaltsburq” (Avstriya) cütünün qalibi

1/8 final cütlərinin tərkibi kor püşk nəticəsində müəyyənləşəcək. Yəni, püşkatma zamanı klublar səpələnmişlər və səpələnməmişlər səbətlərinə ayrılmayacaq, eyni ölkə təmsilçilərinin bir-biri ilə düşmələrinə heç bir məhdudiyyət qoyulmayacaq.

İlk oyunlar martın 12-də, cavab görüşləri martın 19-da olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam