Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

DÇ-2018:Bu gün İngiltərə, Belçika və İsveç yığmaları mübarizəyə qoşulacaq


Avropa komandaları Panama, Cənubi Koreya və Tunisi sınağa çəkəcəklər

Yenixeber.org: Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək.

Məlumata görə, ilk qarşılaşma F qrupunda İsveç və Cənubi Koreya yığmaları arasında olacaq.

Nijni Novqoroddakı eyniadlı stadionda keçiriləcək matçı salvadorlu referi Xoel Agilar idarə edəcək. Bu qrupun ilk görüşündə Meksika Almaniyanı 1:0 hesabı ilə yenərək, mundialın ilk sensasiyasına imza atıb.

Növbəti iki görüş G qrupuna təsadüf edəcək. Soçidəki "Fişt" stadionunda çempionatın favoritlərindən sayılan Belçika debütant Panamanı sınağa çəkəcək. Oyunu zambiyalı referi Canni Sikazu idarə edəcək. Bu matçda bir çoxları növbəti böyükhesablı qələbənin qeydə alınacağını düşünür.

Qrupun digər görüşündə isə Volqoqraddakı eyniadlı arenada Tunislə İngiltərə üz-üzə gələcək. Matçı kolumbiyalı referi Vilmar Roldan idarə edəcək.

DÇ-2018, 18 iyun, F qrupu

16:00. İsveç - Cənubi Koreya

Hakimlər: Xoel Agilar (Salvador), Xuan Karlos Mora (Kosta-Rika), Norbert Hauata (Taiti), Bertrand Brial (Yeni Kaledoniya)

Nijni Novqorod, "Nijni Novqorod" stadionu

G qrupu

19:00. Belçika - Panama

Hakimlər: Canni Sikazu (Zambiya), Jerson Dos Santos (Anqola), Zaxele Siula (CAR), Ryuji Sato (Yaponiya)

Soçi, "Fişt" stadionu

22:00. Tunis - İngiltərə

Hakimlər: Vilmar Roldan, Aleksander Quzman, Kristian de la Kruz (hamısı Kolumbiya), Rikardo Montero (Kosta-Rika), Kori Rokuel (ABŞ)

Volqoqrad, "Volqoqrad Arena"

Oyunların başlanma saatları Bakı vaxtı ilə göstərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam