Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Shamkir Chess 2018" superturnirində VIII turun görüşləri keçirilib

 

 

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2018" superturnirində VIII turun görüşləri keçirilib

 

Yenixeber.org: Azərbaycan şahmatçıları fərqli nəticələr göstəriblər. 

Şəhriyar Məmmədyarov ağ fiqurlarla yarışın çexiyalı autsayderi David Navaraya qalib gəlib. Əvəzində Rauf Məmmədov qara fiqurlarla çinli Dinq Lirenə uduzub. Teymur Rəcəbov isə ağ fiqurlarla rusiyalı Sergey Karyakinlə heç-heçə edib.

Norveçli dünya çempionu Maqnus Karlsen qara fiqurlarla hollandiyalı Aniş Giriyə qalib gələrək, liderliyini davam etdirib. Bolqarıstanlı Veselin Topalov isə ağ fiqurlarla polşalı Radoslav Voytaşekə yenilib.

"Shamkir Chess 2018”

VIII tur

26 aprel

Teymur Rəcəbov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5

Veselin Topalov (Bolqarıstan) - Radoslav Voytaşek (Polşa) - 0:1

Aniş Giri (Hollandiya) - Maqnus Karlsen (Norveç) - 0:1

Dinq Liren (Çin) - Rauf Məmmədov (Azərbaycan) - 1:0

Şəhriyar Məmmədyarov (Azərbaycan) - David Navara (Çexiya) - 1:0

Beləliklə, son tur öncəsi xallarını 5,5-ə çatdıran Maqnus Karlsen liderliyini davam etdirib. Dinq Liren 5 xalla 2-ci pillədə qərarlaşıb. Aniş Giri, Veselin Topalov, Şəhriyar Məmmədyarov, Radoslav Voytaşek, Teymur Rəcəbov və Sergey Karyakin hərəyə 4 xalla 3 - 8-ci yerləri bölüşür. Rauf Məmmədov 3,5 xalla 9-cu, David Navara isə 2 xalla sonuncudur. "ShamkirChess 2018"ə aprelin 28-də yekun vurulacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam