Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Belarus yığmasının müdafiəçisi:"Azərbaycan millisi bizə sürpriz etdi"

 

"Müsbət nəticə əldə etməyimizə sevinirəm. Mənə elə gəlir ki, çoxdandır qalib gələ bilmirdik. Əsas vəzifəni yerinə yetirdik"

 

Yenixeber.org: Bunu Belarus yığmasının futbolçusu İqor Şitov Bakıda Azərbaycan milli komandasına 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra deyib. Belarus Futbol Federasiyaları Assosiasiyasının mətbuat xidmətinə açıqlama verən 32 yaşlı müdafiəçi oyun baxımından problemlərinin qaldığını da vurğulayıb. Lakin onun fikrincə, əvvəlcə qələbə qazanmaq, sonra öz oyununu göstərmək lazımdır. Qazaxıstan "Astana"sında çıxış edən təcrübəli oyunçu Azərbaycan millisinin görüşün əvvəllərində məhz onun zonasına yüklənməsinə və həm müdafiəçi, həm də yarımmüdafiəçi kimi bu qədər işi necə yerinə yetirdiyinə belə reaksiya verib: "Matçın əvvəllərində necə oynayacağımızı bilmirdik, hərəkətlərimizdə panika nəzərə çarpırdı. Amma sonradan bunları aradan qaldırdıq. Müdafiədən oynamağa, zonaları bağlamağa çalışırdıq. Fikrimcə, bunlar alındı".

Belarus yığmasında 55-ci oyununu keçirən Şitov Azərbaycan millisinin çıxışını da dəyərləndirib: "Rəqib oyunun əvvəllərində bizi düşünməyə, müdafiə olunmağa məcbur etdi. Hansısa sürpriz etdilər. Onların topa yaxşı nəzarət etməyi var. Amma ümumilikdə, dişimizə uyğundurlar".

Qeyd edək ki, İqor Şitov yoldaşlıq görüşündə sonadək meydanda olub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam