Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Altıncı Şahmat Memorialı başa çatdı– FOTO

Altıncı Şahmat Memorialı başa çatdı

 

 

Bakıda şahmat üzrə VI Fuad Cəfərov Memorialı start götürüb başa çatıb

 

Yenixeber.org: Müxtəlif turnirlərdə 300-dən çox şahmatçı iştirak edib.

10 yaşa qədər uşaqların turnirində iranlı şahmatçılar yaxşı start götürsələr də, son turda onları Səid Zeynalov qabaqlayıb. O, mümkün yeddi xaldan altısını toplayaraq çempion adını qazanıb. İkinci yerdə Yeqaneq Barad, üçdə isə Cəlalvand Əmir Hüseyn (hər ikisi İran təmsilçisidir) qərarlaşıb.

Qızlar arasında ən güclü Suada Abbaszadə olub (Bakı).

Oğlanlar arasında səkkiz yaşa qədər kateqoriyada əsas mükafatı Keşani Kian (İran), qızlar arasında isə Xanım İsmayılova qazanıb (Bakı). Qaliblərə Fuad Cəfərovun şəxsi kitabxanasından şahmat kitabları və “Bestcom” şirkətindən hədiyyələr təqdim edilib.

117 şahmatçının qatıldığı açıq (open) turnir böyük maraq doğurub.

Qısa məsafə – cəmi yeddi tur – qalibi müəyyənləşdirməyib və çempion əlavə göstəricilərə görə təyin olunub. Əsas kubok və mükafatın sahibi Hüseynov Şain olub (Bakı). Davidov Samir (Xaçmaz) ikinci, Orucov Şücaət (Masallı) isə üçüncü yerdə qərarlaşıb.

Qızlar arasında rapid turnirdə ən güclü Ləman Hacıyeva olub (Bakı).

Ən yaxşı gənc şahmatçı – Orucov Fərid (Sumqayıt).

Ən yaxşı veteran şahmatçı – Abdullayev Asəf (Naxçıvan).

Xaricilər arasında ən güclü – iranlı beynəlxalq qrossmeyster Əmir Məhəmməd Suzankar.

Reytinq kateqoriyalarında Əliyev Toğrul (Bakı), Hüseynli Murad (Rusiya), reytinqi olmayan şahmatçılar arasında isə jurnalist Zaur Həsənəliyev fərqlənib.

Əsas turnir isə “Anatoliya” mehmanxanasında keçirilib. Turnirdə dörd ölkədən 22 şahmatçı iştirak edib, onlardan yeddisi qrossmeyster, üçü beynəlxalq usta, daha yeddisi isə FİDE ustası olub. Bu dəfə iki şahmatçı – Adnan Narimifard (İran) və Yelizaveta Martınyuk (Rusiya) bütün normaları yerinə yetiriblər. 

Turnirin qalibi Araş Təhbaz (İran) olub. İkinci yeri Azər Mirzəyev (Bakı), üçüncü isə Davit Benidze (Tbilisi) qazanıb.

Növbəti festival gələn il keçiriləcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam