Redaktor seçimi
Kolxozdan gələn gömrük generalının müəmmalı keçmişi:
ELMİN AZƏRBAYCAN “BAZARI”… –
43 saylı Notariat Kontorundan şikayət:
Kənd təsərrüfatında qohumbazlıq nümunəsi:
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Günün xəbəri

AFFA-dan Cahangir Hacıyevin klubuna - 9 minlik cərimə

 

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

"Xeberinfo.com":   AFFA-nın rəsmi saytına istinadən xəbərə görə, İK Premyer Liqanın 35-ci turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib. 

Azərbaycan Premyer Liqasının XXXV turunun “Sumqayıt” – “Xəzər Lənkəran” matçının 89-cu dəqiqəsində “Xəzər Lənkəran” klubunun futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XXXV turunun “Bakı” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Bakı” – “Neftçi” matçında diktorun olmamasına görə “Bakı” klubuna ciddi xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlandığı halda kluba cəza veriləcək.

Azərbaycan Premyer Liqasının XXXV turunun AZAL – “Simurq” matçının 21-ci dəqiqəsində “Simurq” klubunun futbolçusu Amil Ağacanov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 4000 manat cərimə olunub. Oyunun 21-ci dəqiqəsində “Simurq” klubunun futbolçusu Amil Ağacanovun qırmızı vərəqə alaraq meydançanı tərk edərkən oyunun hakiminə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanıb, klub 5000 manat cərimə olunub. 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     

Ən çox oxunanlar