Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Mamayev həbs edildi - FOTO


"Zenit”in və "Krasnodar”ın futbolçuları - Aleksandr Kokorinlə Pavel Mamayevin bir neçə şəxsi döyməsi xəbərini vermişdik.
Yenixeber.org: Rusiyada küçədə sərxoş vəziyyətdə xuliqanlıq edib iki məmuru və məşhur teleaparıcının sürücüsünü döyən futbolçular həbs edilib. Bu barədə məlumatı Rusiya mətbuatı yayıb.
Xəbərdə məhkəmədə hakim qarşısına çıxan hər iki futbolçunun 8 dekabra qədər həbs olunduğu bildirilib.
"Zenit”in üzvü Aleksandr Kokorin və "Krasnodar” klubunun futbolçusu Pavel Mamayev oktyabrın 7-də səhər saatlarında Moskvanın mərkəzində azı üç nəfəri döyüblər. Onların hərəkətlərini videomüşahidə kameraları qeydə alıb. Əvvəlcə onlar dostları ilə birlikdə "Birinci kanal”ın aparıcısı Olqa Uşakovanın sürücüsünə hücum ediblər. Bir az sonra isə Böyük Nikitsk küçəsindəki qəhvəxanada iki məmuru döyüblər. İnsident zamanı Sənaye və Ticarət Nazirliyinin avtomobil sənayesi və dəmiryol maşınqayırması departamentinin direktoru Denis Pak və dövlət elmi mərkəzi NAMİ-nin rəhbəri Sergey Qasin xəsarət alıblar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam