Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakıda 1 milyonluq dələduzluq edən qadına hökm oxunub

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vəfa Osmanlının cinayət işi üzrə məhkəmə iclası başa çatıb


Yenixeber.org:  Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
O, məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, V.Osmanlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.
O, vətəndaşlar - Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək onların, ümumilikdə, 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.
Cinayət işi üzrə 10 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərin bir qismi müəllim vəzifəsində çalışır.
İstintaq və məhkəmə istintaq dövründə V.Osmanlının barəsində həbs qətimkan tədbiri seçilməmişdi. O, daha sonra məhkəmə iclaslarından yayındığı üçün həbs edilib.
Məhkəmədə V.Osmanlı özünü qismən təqsirli bildiyini deyib.
Xatırladaq ki, V.Osmanlı əvvəllər Azərbaycan Dövlət İqtisad Universitetində tyuitor vəzifəsində çalışıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam