Redaktor seçimi
Samir Şərifovun çətiri altında KORRUPSİYA ÇETESİ -
Mədəniyyətimizin vəhşicəsinə talanı: Cənab “Gülümsərov”un biznesi qitələri aşır-
Qorxmaz Hüseynovun qardaşına korrupsiya ittihamı-
Qida Təhlükəsizliyi Agentliyi “obxess” rolunda-
DSX rəhbərindən büdcə talançılığı və dövlət içində dövlət quruculuğu - QOHUMBAZLIQ, YERLİBAZLIQ TÜĞYAN EDİR-
Abunəçilər “Azercell”i biabır etdilər: Şəhərin ortasında şəbəkə itir, internet isə bərbaddır-
“Yeraltı dünya”nın yeni hökmdarı: Zaur Hüseynovun metro əməliyyatları-
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və biznes
Günün xəbəri

Maska ilə koronavirusa qalib gələn ölkə -Çexiya təcrübəsi

 Çexiya Respublikasında hökumətin və vətəndaşların koronovirusdan qorunmaq üçün maska geyinməsi Qərb dünyası üçün model sayıla bilər.

Yenixeber.org: Bunu “The Washington Post” qəzetindən Ceremi Hovard yazıb. “News.expats” portalında Lucas Nemec bu məqaləyə istinad edir, Çexiyanın Baş naziri Andrey Babuşun ABŞ Prezidenti Donald Trampa çağırış ünvanladığını qeyd edir.

Babiş tvitində yazıb ki, prezident Birləşmiş Ştatlarda maska taxmağı məcbur etməlidir. Artıq ABŞ-da koronavirusa 150 min təsdiqlənmiş yoluxma, 2 min 500 ölüm halı qeydə alınıb.

İki həftə qabaq Çexiyada sərt karantin tədbirləri tətbiq olundu. İctimai yerlərdə maska taxmayanı 20 min kron cərimə gözləyir. Bir çoxlarının fikrincə, bu tədbirlər Çexiyada koronavirusun yayılmasını əngəlləyib. Qonşu Almaniya və Avstriyada isə rəqəmlər sürətlə artır.

Çexiyada maska tikən könüllülər də artıb. Sosial mediada yayılan videolarda evdə maskanı necə hazırlamaq öyrədilir. Son rəy sorğusu sakinlərin 91 faizinin hökumətin sərt və görünməmiş karantin təbirlərini dəstəklədiyini üzə çıxarıb.

Bu tədbirlər üzündən Praqada kiçik bir bar bağlanır və onun sahibi Ştefan Olejár barı maska hazırlayan sexə çevirir. Tikiş maşınları əldə edərək günə 400-dək maska hazırlayırlar. Barın 10 işçisi var, evdən çıxa bilməyənlərə maskaları çatdıran sürücü də onların sırasındadır.

Müəllif yazır ki, yoluxma halları ümumilikdə artsa da, cavabı müsbət çıxan testlərin sayı azalmaqdadır. Bu da Çexiya hökumətinin iki həftə öncə qəbul etdiyi sərt antikoronavirus tədbirlərinin nəticə verdiyini göstərir. (azadliq.org)

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}