Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərə ikinci şans veriləcək

 

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.

Yenixeber.org xəbər verir ki, bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Mədəniyyət Nazirliyi attestasiya imtahanından beş ekspertin üçündən mənfi, ikisindən müsbət alan incəsənət müəllimləri üçün ikinci şans yaradacaq:

“Mədəniyyət Nazirliyinin tabeliyindəki üç məktəbdə həmin müəllimlər üçün ixtisaslı mütəxəssislər tərəfindən təlimlər keçirilir. Məqsəd ondan ibarətdir ki, həmin müəllimlər növbəti mərhələdə Dövlət İmtahan Mərkəzinin test və müsahibə mərhələlərindən uğurla keçə bilsinlər. Əgər bu mərhələləri uğurla başa vursalar, onlara əvvəlki iş yerlərində yenidən pedaqoji fəaliyyətlə məşğul olmaq imkanı yaradılacaq”.

Nazir müşaviri bildirib ki, attestasiya prosesinin birinci mərhələsində bu kateqoriyaya aid 110-dan artıq müəllim olub. İkinci mərhələdə də bu istiqamətdə işlər davam etdiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam