Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Günün aktual mövzusu:İNTİHAR

 

 

Tanınmış psixoloq Dəyanət Rzayevin intiharı günün ən aktual mövzusuna çevrilib.

Xeberinfo.com:   Gün ərzində yerli KİV-lər və sosial şəbəkələrin Azərbaycan seqmenti daha çox bu mövzuya köklənib. 

“İnsan özünü niyə öldürsün ki?”, yaxud “Psixoloq da intihar edər?” kimi suallar ətrafında aparılan diskussiyalar yenidən diqqəti intihar mövzusuna yönəldib. Təəssüf ki, yeni ilin gəlişindən bəri intiharların da sayı artıb. Qeyri-rəsmi statistikaya görə, yanvar ayının 26 günü ərzində ölkəmizdə 36 nəfər intiharın qurbanı olub. 

İntihar nədir? 

İnsanın qəsdən öz canına qıyması intihar adlanır. Əslində intihar şüur yerindəykən bədbəxtçilik nəticəsində özünü öldürməyə deyilir. İntihar qarşısı alına biləcək ölüm səbəbidir. Bu qərarın alınmasına səbəb olan amillər çox müxtəlifdir. Çox vaxt bir neçə faktor birgə bu davranışın meydana çıxmasına səbəb ola bilər.İntihar şəxsin hissi, psixi və ya sosial səbəblərin təsiri ilə öz həyatına son qoyması kimi qiymətləndirilir.

İntiharın səbəbləri kimi daha çox – cinsiyyət, aşağı sosial-iqtisadi vəziyyət, ata-ana münaqişələri, ixtilaf, immiqrasiya, psixi pozuntular, şiddətə meyllilik və düşünmə (fikirləşə bilmə) pozuntuları göstərilir.

Depressiya yetkin insanlarda olduğu kimi gənclərdə də vacib risk faktorudur. İntihar edən şəxslərin 90%-i depressiya xəstəsidir. Depressiya xəstələrinin 15%-i intihara cəhd nəticəsində həyatlarını itirirlər. Depressiyada olan kişilərin intihar nəticəsində həyatını itirmə nisbəti qadınlara görə daha yüksəkdir. Problemləri həll etmə bacarığının kifayətsizliyi, stress və ümidsizlik hissləri ilə intiharın yaxın əlaqəsi olduğu göstərilir.

İntiharın səbəblərini aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Psixiatrik xəstəliklər
2. Sosial səbəblər
3. Psixoloji səbəblər
4. Bioloji səbəblər
5. Genetik yaxınlıq
6. Fiziki xəstəliklər


Psixiatrik səbəblər - İntihara səbəb olan psixiatrik problemlər bunlardır:

1. Depressiya
2. Şizofreniya; intihar edənlərin 10%-ində şizofreniya müşahidə olunur
3. Spirtli içkilərdən istifadə
4. Narkotik maddələrdən asılılıq
5. Şəxsiyyət pozuntusu
6. Yüksək həyacanlılıq

Sosial səbəblər: Cəmiyyətin sosial xarakteri ilə bağlı olaraq intihar faizi də ölkədən – ölkəyə fərqlilik göstərir. Ailə bağları zəif olan ölkələrdə intihar faizi daha çoxdur. Suisidlərin ilk təsnifatlarından biri fransız psixoloqu Emil Dürkheymə məxsusdur. O, sosial faktorların rolunu əsas götürərək, intiharın aşağıdakı formalarını ayırd edib:

• Eqoistik intihar - öz sosial qrupu ilə vəhdət hissini itirmiş və ona görə də ailəvi, dini, ictimai nəzarətə tabe olmayan şəxslər tərəfindən törədilir.

• Anomik intihar – sosial və siyasi dəyişikliklər dövründə dövründə cəmiyyətlə sosial inteqrasiyası pozulmuş şəxslərdə təsadüf edilir. Sosial və iqtisadi böhranlarda cəmiyyət içində intihar faizi yüksəlir. Məsələn, hər iki dünya müharibəsində bütün Avropa ölkələrində intihar faizi digər dövrlərə görə çox artıb.

• Alturistik intihar – öz həyatını sosial motivlər naminə qurban verən və bununla yüksək dərəcədə qrup identifikasiyasına malik şəxslərdə təsadüf edir.

Bundan əlavə, insanın həyatla hesablaşması məqsədi daşıyan sadə intihar, özünə qəsd edərkən yaxınlarını da özü ilə aparmaq tendesiyalı şəxslərdə genişlənmiş intihar (məsələn, intihardan əvvəl azyaşlı uşağını guya əzabdan qurtarmaq üçün öldürmüş qadının hərəkəti), eyni zamanda birgə intihar etmək üçün razılığa gəlmiş qruplarda təsadüf edilən kollektiv intihar (belə hallar dini təriqət nümayəndələrində və psixiatriya xəstəxanalarının pasiyentlərində rast gəlinir) növləri ayırd edilir.

Psixoloji səbəblər - Şəxsi yaxınlıq da intihar ehtimalını artırır.

Bioloji yaxınlıq - Beyindəki serotonin maddəsindəki azalma intihar ehtimalını artırır.

Ailəvi yaxınlıq - Ailədə intihar edən qan bağı olan yaxının olması insanlarda intihar etmə ehtimalını artırır. Bundan əlavə xərçəng, ürək xəstəliyi, QİÇS kimi xəstəliklərə tutulan insanlarda intihar ehtimalını normal insana görə daha çoxdur.(Azvision.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam