Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Viktoriyada ölü sayı 183-ə çatdı, yüzlərlə insan itkindir

Viktoriyada ölü sayı 183-ə çatdı, yüzlərlə insan itkindir

Tanzaniyada Viktoriya gölündə sərnişin daşıyan bərə gəmisinin aşması nəticəsində ölənlərin sayı 183 nəfərə çatıb. İtkin düşən yüzlərlə şəxsin axtarışı hələ də davam etdirilir

Yenixeber.org: bu barədə yerli “Citizen” agentliyi Tanzaniya polisinə istinadən məlumat yayıb. 

Xatırladaq ki, 20 sentyabrda Tanzaniya, Uqanda və Keniyanın arasında yerləşən Viktoriya gölündə “Nyerere” bərə gəmisi Yukora adası yaxınlığında aşıb. 44 cəsəd gəmi aşandan dərhal sonra, digərləri isə növbəti günlərdə axtarış-xilasetmə əməliyyatları bərpa edildikdən sonra aşkarlanıb. 

“France-Presse” xəbər verib ki, gəminin göyərtəsində 200 nəfər olub, bu da onun tutum imkanlarından 2 dəfə çoxdur. Yerli məmurlar isə gəmidəki sərnişinlərin 400-dən çox olduğunu bildiriblər. Həmçinin, gəmidə digər yüklər – qarğıdalı torbaları, banan və sement də daşınıb ki, nəticədə ağırlığa dözməyən gəmi çevrilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam