Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Viktoriya gölündə ölənlərin sayı 136-ya çatıb

Viktoriya gölündə ölənlərin sayı 136-ya çatıbTanzaniyada Viktoriya gölündə sərnişin daşıyan bərə gəmisinin aşması nəticəsində ölən insanların sayı 136-ya çatıb. İtkin düşən yüzlərlə şəxsin axtarışı hələ də davam etdirilir

 Yenixeber.org: Bu barədə yerli “Reuters” agentliyi Tanzaniya polisinə istinadən məlumat yayıb. 

44 cəsəd gəmi aşandan dərhal sonra, digərləri isə bu gün səhər saatlarında axtarış-xilasetmə əməliyyatları bərpa edildikdən sonra aşkarlanıb. 

Xatırladaq ki, ötən gün Tanzaniya, Uqanda və Keniyanın arasında yerləşən Viktoriya gölündə “Nyerere” bərə gəmisi Yukora adası yaxınlığında aşıb. 

“France-Presse” xəbər verib ki, gəminin göyərtəsində 200 nəfər olub, bu da onun tutum imkanlarından 2 dəfə çoxdur. Yerli məmurlar isə gəmidəki sərnişinlərin 400-dən çox olduğunu bildiriblər. Həmçinin, gəmidə digər yüklər – qarğıdalı torbaları, banan və sement də daşınıb ki, nəticədə ağırlığa dözməyən gəmi çevrilib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam