Redaktor seçimi
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Günün xəbəri

Papanın Bakı səfərinin proqramı açıqlandı

roma-papasi-frensisVatikan Roma Papası Fransiskin Azərbaycana və Gürcüstana bu ilin payızında baş tutacaq səfərinin proqramını açıqlayıb.

Xeberinfo.com:  Proqrama əsasən səfər sentyabrın 30-dan oktyabrın 2-nə qədər davam edəcək. Fransisk Gürcüstanda iki gün qalacaq, o, prezident Georgi Marqvelaşvili, bütün Gürcüstan katolikosu İlya II, yerli katolik icmasının nümayəndələri ilə görüşəcək.

Katoliklərin dini lideri səfəri zamanı Tiflisin Mixail Mesxi adına stadionunda kütləvi dua mərasimi keçirəcək. Habelə Mtsxetedəki qədim kafedral məbədinə baş çəkəcək.

Bazar günü, oktyabrın 2-də Roma Papası Tiflisdən Bakıya gələcək, onun səfəri Bakıda Müqəddəs Məryəm kilsəsində dini ayinlə başlayacaq. Daha sonra pontifik prezident İlham Əliyevlə, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə, rus provaslav kilsəsinin və yəhudi icmasının rəhbərliliyi ilə görüşəcək. Həmin gün axşam Papa Bakını tərk edəcək.

Xatırladaq ki, Papa Fransiks iyunun sonlarında Ermənistanda üçgünlük səfərdə olub (Virtualaz.org).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam