Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İranda “içki inqilabı” ola bilər

 

İranda getdikcə artan içki düşkünlüyü problemi ilə mübarizə üçün reabilitasiya mərkəzi yaradılacaq.
"Xeberinfo.com":   Məlumata gorə, publika.az xəbər verir ki, “Financial Times” nəşri İranda alkolizmdən əziyyət çəkənlərin sayının Rusiya, yaxud Almaniya ilə müqayisədə az olmasına baxmayaraq, daha yüksək dozalı içkilərdən istifadə olunduğunu yazıb.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, İranda bir içki düşkünü ildə  24,8 təmiz spirt istifadə edir. Bu miqdar Rusiya, Almaniya, yaxud İngiltərə ilə müqayisədə olduqca çoxdur. Ümumilikdə İranda bir il ərzində 420 milyon litr içki istifadə olunduğu deyilir.

32 yaşlı iranlı “makler” Şayan 16 yaşından bəri hər həftə 4 litrə qədər 45 faiz tərkibi spirt olan kustar üsulla düzəldilmiş araq içdiyini deyib. O, həmçinin, hər gün 2 qram heroin qəbul etdiyini də bildirib.

“Adsız alkoliklər” adlı təşkilatın sayəsində o, 4 aydır ki, bu vərdişlərdən qurtulduğunu qeyd edib.

Dağa dırmanmaqla məşğul olan Məhəmməd adlı iranlı maraqlı fakt açıqlayıb.

“Son səkkiz ildə hər həftə Tehranın kənarında dağa dırmanıram. Son zamanlar dağa dırmanan gənclərin çoxundan içki iyi gəlir. Onlar tutulmaq qorxusu ilə dağlara gedib içkini də orada içirlər”, - deyə o bildirib.

Qeyd edək ki, İranda 1979-cu il İslam inqilabından sonra içki istehsalı və satışı qadağan olunub. Yalnız dini azlıqlara içki içmək qadağası tətbiq olunmur. Ölkədə içki düşkünlüyü ilə mübarizə üçün müalicə mərkəzləri ilk dəfə 2013-cü ildə qurulub. Lakin tənqidlərə səbəb olacağı qorxusu ilə hökumət bu mərkəzləri bağlayıb.

Rəsmi məlumata görə, ildə 60-80 milyon litr arası içki ölkəyə qaçaq yola gətirilir. Polis onlardan yalnız 20 milyon litrini ələ keçirə bilir. Digər tərəfdən, alkoliklərin çoxu içkini öz evlərində kustar üsulla istehsal edirlər.

Qərb ekspertləri hesab edirlər ki, İranda içkinin qadağan olunmasına baxmayaraq, əhalinin kütləvi şəkildə ondan istifadəsi yeni problemlərə yol aça bilər. Belə ki, içki düşkünlərinin qarşısı alınmasa, onlar bir gün içki ehtiyaclarının ödəmək üçün küçələrə axışaraq etiraz edə bilərlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam