Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

TRAMPIN QRENLANDİYANI SATIN ALMAQ İDEYASI: bu, Rusiya, Çin və Hindistanla ərazi böyütmə rəqabətinə səbəb ola bilər

Pol Masqreyv

“Foreign Policy”, 16.08.2019

 

Yenixeber.org:  Tariflərə olan sevgisindən tutmuş dünyaya irqçi baxışına qədər Donald Tramp Amerikanın 19-cu əsr düşüncəli prezidentidir. Belə ki, dünən, avqustun 15-də “Wall Street Journal” 45-ci prezidentin keçmişə bağlı adam olduğuna dair başqa bir dəlil təqdim edib: demə, dövlət başçısı tez-tez Danimarkadan Qrenlandiyanı almaq barədə fikirlər səsləndirib (Qrenlandiya muxrariyyətinə baxmayaraq, Danimarka Krallığının tərkibində olan üç ölkədən biridir).

Trampın irqçilik və ticarət siyasəti kimi, ərazi almağa çalışan Amerika məmurları üçün də bir presedent var. Əksər amerikalılar bilmir ki, Birləşmiş Ştatlar öz ərazilərinin böyük hissəsini satın almaqla əldə edib. Luiziananın satın alınması kimi bəzi satınalmalar, TV reklamlarının mövzusu olaraq kifayət qədər bilinir. Başqaları yox. Məsələn, müdafiə naziri Cefferson Devis və digər cənublular, Cənubi Transkontinental Dəmir Yolunun tikintisini dəstəkləmək üçün Meksikadan kifayət qədər böyük ölçüdə ərazi almağa təkid ediblər.

Əslində, Qrenlandyanı almaq iki dəfə ciddi şəkildə sınanıb. Lakin o vaxtdan bəri beynəlxalq münasibətlərdəki dəyişikliklər bunu əvvəlkindən daha pis fikir halına gətirir.

İlk dəfə bu, prezident Andrü Consonun administrasiyası dövründə irəli sürülüb. Uilyam Süard da ərazi genişləndirməsi fikrini davam etdirib.

Süard, Kanadanı İngilis İmperiyasından qoparmaq və Qəraib dənizində hərbi baza almaq və ya icarəyə götürmək üçün müxtəlif intensiv təkliflər verib. Rusiya imperiyası bəzi qeyri-adekvat aktivlərindən imtina etmək istəyəndə, nəhayət, Alaska satın alınıb. Lakin bu, daha sonralar Danimarkadan Qrenlandiya və İslandiyanı almaq cəhdini ağıllardan çıxarmayıb.

XIX əsrin ortalarında maliyyə naziri Robert Uoker Danimarkanın 1867-ci ildə Qəraib müstəmləkələrini – adaları satmağa məcbur edilə biləcəyini öyrənib. Süard fürsəti əldən qaçırmayıb və Uokerə Qrinlandiya və İslandiyanın faydalı qaynaqları haqqında hesabat hazırlamağı tapşırıb.

Uokerin hesabatda yazdığı qeydə əsasən, iki adanın satın alınması ABŞ-ı möhtəşəm dövlətə çevirəcəkdi. O, Qrenlandiya barədə heç nə bilinmədiyini etiraf etsə də, Qrenlandiyanın “dünyanın ən böyük adası” və 40 min dollarlıq “balina balıqçılığı sahəsi” olduğunu əsas götürüb.

Süardın, Danimarka Vest-İndiasını satın alma müqaviləsi Senatda uğursuzluğa düçar olduqda, ABŞ-ın adalar üçün  ümidləri puç olub. Halbuki satınalma müqaviləsi həm Danimarka parlamenti, həm də ABŞ-dakı plebisitlə təsdiq edilib (Adalar 50 il sonra satın alınıb və ABŞ-ın Vircin Adaları adlanıb).

Növbəti cəhd İkinci Dünya müharibəsindən sonra olub. Hələ də Qrenlandiyanı koloniya olaraq idarə edən Danimarka 1940-cı ilin martında 6 saatlıq əməliyyatla fəth edilib. Bir il sonra Kopenhagendəki işğalçı hökumətin əmrlərini icra etməkdən imtina edən səfir ABŞ-la müqaviləyə imza atıb. Bu, Almaniyanın onu ABŞ və Kanadaya qarşı baza olaraq istifadə etməsinin qarşısını almaq üçün ABŞ hökuməti ilə adanın işğalına icazə verən razılaşma idi.

Müharibə vaxtı Qrenlandiyanın işğalı, ABŞ-a hava bazası da daxil olmaqla, bir neçə hərbi qurğunu inkişaf etdirməyə imkan verib.

Qrenlandiyanın alınması ehtimalı kifayət qədər ciddi şəkildə üzə çıxıb. 1946-cı ilin fevralında “Qallap” amerikalılardan Danimarkadan Qrenlandiyanı almaq üçün 1 milyard dollar ödəməli olub-olmadığına dair sorğu keçirib. Amerikalıların 33 faizi “bəli”, 38 faizi isə “yox” deyib. 28 faizin heç bir fikri yox idi, çünki respondentlərin yalnız 45 faizi onun harada olduğunu və yalnız 10 faizi orada nə qədər insanın yaşadığını doğru-düzgün bilirdi.

Amerikalılar Qrenlandiyanın potensial dəyərinin nə olduğunu yaxşı bilirdi, əksəriyyət adanı hərbi istifadə üçün dəyərli sayırdı. Vaşinqtondakı siyasətçilər və hərbçilər Qrenlandiyaya nəzarəti “Birləşmiş Ştatların təhlükəsizliyi üçün əvəzolunmaz” hesab edirdi.

Sonda danimarkalılar təklifi rədd edib və Qrenlandiyaya  Danimarka Krallığının suveren hissəsi kimi daha yüksək status veriblər.

Soyuq müharibənin gərginliyi ABŞ-ın istədiyi hər şeyi əldə etməsi demək idi: adada bir sıra hərbi qurğular qurulub. Danimarkalı politoloq Nikolay Petersenin yazdığı kimi, bu hava bazaları və digər qurğular ABŞ-ın nüvə strategiyasında ayrılmaz rol oynayıb. Qrenlandiya Sovet İttifaqında qütb bölgələri üzərindən uçan hədəflərə etibarlı və təsirli bir yol idi. ABŞ əlavə bazalar tələb etdikdə, Danimarka razı olub.

Etiraf etmək lazımdır ki, Qrenlandiya böyük neft ehtiyatlarına malikdir və bu, müəyyən strateji idxal deməkdir. Müdafiə naziri Ceyms Mattis keçən il  Qrenlandiya baş nazirinin təklifi ilə Çinin adadakı üç hava limanını maliyyələşdirmək cəhdinin qarşısını alıb.

Bu gün Danimarkanın “Səltənət Birliyi” doktrinası Qrenlandiyanın üç ölkədən ibarət Danimarka Krallığının ayrılmaz bir hissəsini təşkil etdiyini bəyan edir. Açıq desək, Qrenlandiyanı satmaq ABŞ-ın Havay adaları və ya Delaver ştatlarını satması qədər ağlasığmaz olardı.

Ölkə satışı, ümumiyyətlə və ya konkret olaraq qanuni olsaydı da, ABŞ bu ticarətlə məşğul olmamalıdır. 1968-ci ildə ABŞ Hərbi Hava Qüvvələri Qrenlandiyada 52 dəfə qəzaya uğrayıb, nüvə fəlakətinə məruz qala biləcək insanlar yaşadıqları ərazinin daimi ABŞ bazası olmasıa razılıq verməyib və ABŞ-ın nüvə varlığının zəhərli qalıqları hələ də adadadır.

ABŞ demokratik bir ölkə olaraq ərazi böyüdülməsi praktikasını əbədiləşdirməkdən imtina etmək üçün xüsusi məsuliyyət daşıyır. Bəli, adada cəmi 57 min nəfər var, ancaq onlar fərqli siyasi cəmiyyət meydana gətirirlər, müdafiə və xarici işlərdən başqa, hər şeydə özünüidarəetmədən zövq alırlar. Hazırda Qrenlandiyanın tam müstəqillik yolunda ola biləcəyini düşünməyə əsas var.

ABŞ Qrenlandiya xalqına daha yaxşı bir təklif irəli sürə bilərmi?

Yəqin ki, yox.

Tramp administrasiyasının Puerto-Riko və ABŞ Vircin Adalarına “Maria” qasırğasından sonra laqeyd yanaşması ABŞ-ın öz koloniyalarına qarşı uzun illər davam edən xroniki xəstəliyidir. ABŞ hələ də Quamdan olan 4 milyondan çox insanı Şimali Marianadakı adalarda müstəmləkə subyektləri olaraq saxlayır.

Əlbəttə, Qrenlandiyanı satın almaq razılaşması olsaydı, nə baş verəcəyini düşünməyə dəyər. Rusiya, Hindistan və Çinin müstəmləkələr üçün yeni, birdən-birə böyük rəqabətə başlayardı.

Qrenlandiyanı almaq ideyası, prezidentin nə qədər pul təklif etməsindən asılı olmayaraq, axmaq fikirdir. Bu təhlükəli fakt prezidentin hər şeyə daşınmaz əmlak sövdələşməsi kimi baxması, beynəlxalq əlaqələrin ən pis vərdişlərini geri qaytarmaq deməkdir.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam