Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Məktəbdə təhlükəsizlik pulu yığılır

 

Bakının Xətai rayonunda yerləşən, 194 saylı tam orta məktəbdən şikayət var.

"Xeberinfo.com":   Məlumata görə, adının çəkilməsini istəməyən valideynin Modern.az saytına verdiyi məlumata görə, məktəbdə mühafizə xidmətinin fəaliyyət göstərməsi üçün il ərzində hər şagirddən 12 manat pul tələb edilir və məbləğin ödənilməsinin vacib olduğu vurğulanır.

Valideynlərin sözlərinə görə, müəllimlər həmin pulu məktəb direktorunun göstərişi əsasında yığır. Müəllimlər, 12 manatı verməyən şagirdin əvəzində, həmin məbləğin öz maaşından tutulacağını deyərək, valideynləri pulu ödəməyə vadar edirlər.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva Modern.az saytının sorğusuna cavab olaraq araşdırma aparıldığını deyib:

“Bildiririk ki, valideynlərdən hər hansı xidmət üçün məcburi pul tələb edilə və ya müəllimlərin maaşından tutula bilməz.
Məktəbdə mühafizə xidməti və digər əlavə xidmətlərin yaradılması yalnız valideynlərin təşəbbüsü ilə mümkündür.
Bu kimi hallarla bağlı şikayətləri olan şəxslərə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etməklərini xahiş edirik”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam