Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İŞİD-in “hərbi naziri” məhv edildi -Suriyada

321

Suriya hakimiyyəti İŞİD-in “hərbi naziri”nin məhv edildiyi barədə məlumat yayıb.

Yenixeber.org:   “Reuters”-ə istinadən xəbərə görə, Suriya dövlət televiziyası hərbi mənbələrə əsaslanaraq xəbər yayıb ki, terrorçuların “hərbi naziri” Əbu Musab əl-Məsri Hələbin şərqində aparılan əməliyyatlar zamanı öldürülüb.

Onunla birlikdə İŞİD-in Səudiyyə Ərəbistanı və İraq vətəndaşı olan daha bir neçə yüksək vəzifəli yaraqlısı da məhv edilib.

Lakin məlumatda o da bildirilir ki, bu informasiya İraq KİV-in xəbərləri ilə ziddiyyət təşkil edir.

Belə ki, İraq KİV-in məlumatlarında İŞİD-in “hərbi naziri”nin terrorçuların sıralarına 6 il əvvəl qoşulmuş, İraq Respublika Qvardiyasının keçmiş briqada generalı Yasin əl-Muadidi olduğu bildirilir.

Onun sələfi isə ABŞ Hərbi Hava Qüvvələrinin İŞİD-in İraqdakı mövqelərini bombalaması zamanı öldürülmüş Əbu Umar əş-Şişani (Gürcüstan vətəndaşı Tarxan Batiraşvili) olub.

Bunun yanaşı, İran KİV İŞİD-in “hərbi naziri”nin Tacikistan OMON-un sabiq komandiri, polkovnik, “əl-Taciki” kimi məşhur olan Gülmurod Halimovun təyin edildiyi barədə xəbərlər yayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam