Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Külli miqdarda dolların ölkədən çıxarılmasının qarşısı alındı -Gömrükdə əməliyyat

 

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

 

Yenixeber.org:  Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Bakı-Moskva aviareysilə getmək istəyən Rusiya Federasiyası vətəndaşının əşyaları və gödəkçəsi rentgen aparatından keçirilərkən monitorda kağız pulların təsviri görünüb.

 

Vətəndaş saxlanılıb və təkrar yoxlamaya dəvət olunub. Təkrar yoxlama zamanı vətəndaşın gödəkçəsinin və çexolun içərisində olan plaşının ciblərindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan cəmi 180 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla 18.000 ABŞ dolları aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam