Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakıda ayaq barmaqları ilə şəkil çəkən rəssamın sərgisi açılıb

 

Azərbaycan Fransız İnstitutunda ayaqları ilə rəsm çəkən rəssam-sənətkar Samirə Salmanovanın şəxsi əsər kolleksiyasının açılışı baş tutub

 

Yenixeber.org: Açılış mərasimində Fransanın Azərbaycandakı səfiri Aureliya Buşe iştirak edib.

Qeyd edək ki, Samirə Salmanova “uşaq-serebral iflic” diaqnozu ilə doğulub. O yerimir, ayaq üstə dura bilmir, əlinə heç bir əşya götürə bilmir, eşitməsi yaxşı olsa da, danışa bilmir. Bütün bu çatışmazlıqlara baxmayaraq, Samirədə İlahi tərəfindən verilmiş fitri istedad var. Belə ki, Samirə yeganə ümidi olan ayaq barmaqları ilə olduqca gözəl rəsm əsərləri yaradır. Samirənin heç bir dərs almamasına baxmayaraq, o, ayaq barmaqları ilə yazı yazır, şəkil çəkir, kompüterlə sərbəst işləyir, hətta diyircəkli kresloda oturduğu yerdə ayaq barmaqları ilə xırda ev işlərini də yerinə yetirir.

2002-ci ildə Moskvada keçirilən Beynəlxaq “Filantrop fondu”nun sərgisində böyük nailiyyətə imza atmışdır. Samirənin ayağı ilə çəkdiyi ən qiymətli əsərləri Moskvanın Tretyakovski Qalereyasında nümayiş etdirilərək oranın fonduna qəbul edilib.

Aktiv həyat tərzi keçirən Samirə müxtəlif ictimai təşkilatların üzvüdür. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam