Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Hind kinosunun əfsanəsi ilə milyonlar vidalaşdı -VİDEO - FOTO

Hind kinosunun əfsanəsi ilə milyonlar vidalaşdı -

 

Hindistanın Mumbay şəhərində aktrisa Şridevinin dəfn mərasimi keçirilib

Yenixeber.org:  Hind kinosunun əfsanəvi, Bollivud ulduzu, əsl ad və soyadı Şri Amma Yanger Ayyapan olan 54 yaşlı Şridevi Kapur fevralın 24-də vəfat edib.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki "Jumeirah Emirates Towers" otelinin nömrəsində keçinmiş 54 yaşlı aktrisanın qanında alkoqol aşkarlanıb.

O, vannada çimərkən boğulub.

Dubay şəhər polisindən verilən məlumata görə, məhkəmə-tibb ekspertləri ölümlə bağlı araşdırmanı qapadıblar. Ölüm təsadüf sayılıb.

Aktrisanın cənazəsi Dubaydan Mumbaya hind milyarder Anil Ambaninin özəl reaktiv təyyarəsində aparılıb.

Şridevi karyerası ərzində 256 filmə çəkilib. O, hindi, tamil, teluqu və malayalam dillərindəki lentlərdə baş rollarda oynayıb.

Dubaya əri, prodüser Boni Kapur, habelə qızları Canvi və Huşi ilə birlikdə bacısı oğlu Mozita Marvaşın toyuna yollanmış Şridevinin toydakı rəqs videosu da yayılıb.Şridevinin tabutu ağ çiçəklərlə bəzədilmiş böyük yük maşınına qoyularaq Mumbay küçələrindən keçirilib. Tabutun yanında Şridevinin əri, kinoprodüser Boni Kapur və qızları - Cahanavi və Khuşi durmuşdular.

Hindistanın ən məşhur və sevimli aktrisası ilə milyonlarla hindus vidalaşıb.

Dəfn mərasimi dövlət səviyyəsində təşkil olunmuşdu. Hindistanda ənənəvi olan kremasiyadan əvvəl Şridevinin nəşi bayrağa bükülüb, daha sonra toplardan havaya yayılım atəşləri açılıb.

Şridevi Hindistan kinematoqrafında nüfuzlu və məşhur Kapur sülaləsinin üzvü idi. Onun əri məşhur prodüser Boni Kapur, filmlərdəki daimi tərəf-müqabillərindən biri də Boninin kiçik qardaşı, məşhur aktyor Anil Kapur idi.

Şridevi Kapur hind kinosunun yeganə qadın ulduzu idi ki, çəkildiyi filmlərə tamaşaçı marağını sadəcə, adı ilə cəlb edirdi.

 

Hind kinosunun əfsanəsi ilə milyonlar vidalaşdı -1

Hind kinosunun əfsanəsi ilə milyonlar vidalaşdı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam