Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Anar Nəcəfli:Qarlı havada yay şinlərindən istifadə edirlər, bizi söyürlər

Anar Nəcəfli:

 

Sürücülər yay şinlərindən qarlı havada istifadə edərək sürüşəndə bizim ünvanımıza təhqiramiz ifadələr işlədirlər

Yenixeber.org: Bunu  “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Anar Nəcəflinin sözlərinə görə, qış mövsümünə təkcə dövlət qurumları yox, sürücülər də hazır olmalıdır: 

“Bu günlərdə biz inkişaf etmiş ölkələrdə də qarın yağması nəticəsində problemlərin yarandığını görürük. Qarın təmizlənməsi üçün nəzərdə tutulan texnika onun üçündür ki, yolda yarım metr, ya bir metr hündürlüyündə qar yağsa, onu təmizləsin. Amma asfalt üzərində 2-3 sm qar varsa, onu həmin texnika götürə bilmir. İki sm hündürlüyündə qarı götürmək üçün texnika asfaltı zədələməlidir”.

Mətbuat xidmətinin rəhbəri qış şinləri olmayan avtomobillərlə yola çıxmamağı məsləhət görüb: 

“Havanın temperaturu 7 dərəcədən aşağı düşürsə, qış şinlərindən istifadə olmalıdır. Bizdə isə sürücülərin çoxu şinləri dəyişmirlər, yay təkərləri ilə avtomobili qarlı havada idarə edəndə maşın sürüşür”.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib. Yanvarın 13-də axşamdan başlayaraq yanvarın 17-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam