Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Magistral yollara radar və kameralar yerləşdirilir- Video

Magistral yollara radar və kameralar yerləşdirilir

 

 

Ölkə ərazisində olan magistral yollarda radar və kameraların quraşdırılması prosesi davam etdirilir. Hazırda işlər Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay ərazisindən keçən hissəcində aparılır

 

Yenixeber.org: Yollarda texnikalar qoyulub, təmir işləri aparılır. Səbəb magistral yollarda radar və videokamera sistemlərinin quraşdırılmasıdır.

Radarsız və videomüşahidəsiz yollarda daha çox qəzaların olması bu işin aparılması işinin vacibliyini artırıb.

Yollarda bu kimi tədbirlərin görülməsinə isə ən çox sevinən sürücülərdir. Sürücülərin sözlərinə görə, bu yolda radar və kameranın olmaması səbəbindən sürət həddi aşılır və ölümlə nəticələnən qəzalar baş verirdi.

Yolda quraşdırılan cihazlar vasitəsilə axtarışda olan maşınları, həmçinin müxtəlif vaxtlarda qayda pozuntusuna yol vermiş avtomobilləri də müəyyənləşdirmək olacaq. Həmçinin, ağıllı videokamera sistemi nömrə oxuma qabiliyyətinə də malik olacaqdır.

Göyçay ərazisində işlər tam yekunlaşandan sonra növbəti hədəf Ağsu dolayları olacaq. Burda da radar və kameralar quraşdırlacaq.

May ayında magistral yol boyunca işlər tamamilə başa çatacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam