Redaktor seçimi
Ağciyər Xəstəlikləri İnstitunda HƏQİQƏTdənkənar özününümayiş:
Binəqədi ziblixanalarında “yuyulan” dövlət vəsaiti:
ON İLLİYİN PROQNOZU –
Monopoliyanı doğuran “Bermud üçbucağı” belə yarandı-
DÜNYA 2018-ə 1,67 TRİLYONLUQ HƏRBİ BÜDCƏ İLƏ GEDİR-
Qorxmaz Hüseynovun qardaşına ağır ittihamlar:
“Broker Əbülfəz”dən yeni xəbər var:
Uzaqgörən siyasət nümunəsi
Günün xəbəri

MƏKTƏB DİREKTORU RÜŞVƏT TƏLƏB EDİR!-Cəlilabad rayonu, Alar kənd 2 saylı orta məktəbdə

 

1515520163_mekteb1515519464Müəllimlərdən rüşvət istəyən məktəb direktorunun səs yazısı yayılıb. Səs yazısı Cəlilabad rayonu, Alar kənd 2 saylı orta məktəbinin Pedaqoji Şurasının iclasında yazılıb.

Yenixeber.org: Səs yazısından aydın olur ki, bir nəfər müəllimlərdən pul yığılmasını tələb edir.

Məlumata görə, müəllimlərdən pul tələb edən məktəbin direktoru Lətif Seyfullayevdir. O, hər müəllimdən 50 manat tələb edir. Sonra rüşvət vermək istəməyən Azad Dadaşov adlı müəllimi isə təhqir edir. Daha sonra bütün müəllimləri “kişiliyiniz çatmır?”, – deyə təhqir edərək iş yoldaşlarından Azad müəllimin “torbasını tikməyi” tələb edir.

Məktəb müəllimlərinin verdiyi məlumata görə, Lətif Seyfullayev əvvəllər pedaqoji sahədə çalışmayıb. 2014-cü ildə müəllimlərin işə qəbulu imtahanında iştirak etmədən müəllim təyin edilib. Qısa müddət sonra direktor müavini olan Lətif Seyfullayev sonradan məktəbə direktor təyin edilib. Bundan əvvəl də direktorun adı bir neçə dəfə bu kimi qalmaqalllarda hallandırılıb.

Mətbuatda yayılan məlumatlara görə, L. Seyfullayev 2017-ci ildə ümumtəhsil məktəblərinə direktorların işə qəbulu ilə bağlı imtahanda iştirak edib, birinci mərhələdə kəsilib. Digər tərəfdən, L.Seyfullayevlə məktəb direktoru kimi bağlanmış müqavilə 2017-ci ilin iyun ayında başa çatıb. Lakin o, hazırda məktəbə rəhbərliyi qeyri-qanuni şəkildə davam etdirir.(Modern)

 


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr