Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İran parlamentinin qapalı iclası başlanıb –Ölkədəki etirazlar müzakirə olunur

İran parlamenti yanvarın 7-də qapalı iclasda hökuməəleyhinə aksiyaları müzakirə edir.

Yenixeber.org: Fövqəladə iclası parlamentdəki islahatpərəst fraksiya çağırıb. İclasda etirazların səbəbi araşdırılır. İSNA agentliyinin məlumatına görə, iclasda daxili işlər naziri, İran kışfiyyatı və təhlükəsizlik şurasının rəhbərləri də iştirak etməlidir. İslahatçılar iclas zamanı etirazlar yatırılarkən həbs olunanların hüquqi müdafiəsinə imkan yaradılmasını təkilf ediblər.

Ölkədə hökumətə dəstək aksiyaları isə davam etdirilir. Bu barədə yanvarın 7-də dövlətə məxsus kütləvi informasiya vasitələri məlumat yayıb.Dövlət mediası hökumət əleyhinə mitinlər barədə məlumat yayılmasını dayandırıblar. İslam İnqilab Qvardiyası isə hökumət əleyhinə aksiyaların dayandırıldığını bildirir.

Amma Azadlıq Radiosunda olan məlumata görə, yanvarın 6-da paytaxt Tehran da daxil olmaqla İranın azı 9 şəhərində etiraz aksiyaları davam etdirilib. Azadlıq Radiosunun “Radio Fərda”xidməti yerli mənbələrdən Məşhəd, Qəzvin, Rəşd, Xomeyni və digər şəhərlərdə gecə vaxtı nümayişlər keçirilməsi barədə məlumatlar alıb. İranda keçirilən son etiraz aksiyaları zamanı azı 22 nəfər ölüb, 1700-dən çox adamsa həbs edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam