Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

13 SAYLI CÇM-DƏN DUSTAĞIN ÖLÜM XƏBƏRİ GƏLDİ !!!-PROBLEM

 

SABİRABADDAN OLAN FƏRHAD ADLI DUSTAĞIN DÖYÜLƏRƏK ÖLDÜRÜLDÜYÜ İDDİA EDİLİR!!!

Yenixeber.org: Dünən Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində məhbus ölümü faktının qeydə alıdığı barəsində sosial şəbəkələrdə və bir sıra xəbər portallarında məlumatlar yayılıb. Verilən məlumatlarda həmçinin o da bildirilir ki, öldüyü iddia edilən, əslən Sabirabadlı olan Fərhad adlı məhbus, müəssisənin Elman adlı əməkdaşı tərəfindən döyülərək öldürülüb. Hadisə barəsində məlumat verən “Abzas.net” saytı yazır:
 

Həbsxanada qətl:

Dəstə rəisi dustağı döyərək öldürüb

13 saylı cəzaçəkmə müəssisəsində qətl hadisəsi baş verib. 
Həmçinin məlumatda bildirilir ki, buna etiraz edən NİDA Vətəndaş Hərəkatının üzvü, “Heykəl məhbusu” kimi tanınan Bayram Məmmədov “kars”a salınıb:“Sabirabaddan olan Fərhad adlı dustağı dəstə rəisi Elman döyərək öldürüb. Ölüm hadisəsi bu gün(dünən – red) günortadan sonra olub. “Heykəl məhbusu” Bayram Məmmədov bu hadisəyə etiraz etdiyindən döyülüb və karserə salınıb”.
Həbsxanalarda işgəncə və təzyiqlərlə bağlı Azərbaycanın Avropa Şurası qarşısında öhdəliyi olmalıdır. Qırmızı Xaç kimi təşkilatlar rahat qaydada cəzaçəkmə müəssisələrinə baş çəkib vəziyyəti öyrənə bilər.
“Abzas net” 
2017 12 13″
Bu məsələ ilə bağlı tanınmış hüquq müdafiəçisi, sabiq siyasi məhbus Xədicə İsmayıl da öz Fasebook hesabında status yazıb:
“13 saylı cəzaçəkmədən xəbər gəlib. Məlumatı verən adam deyir ki, “Sabirabaddan olan Fərhad adlı dustağı Elman adlı dəstə rəisi döyərək öldürüb. Dustaq bu gün günorta ölüb. Bayram Məmmədov dustağın döyülməsinə etiraz etdiyi üçün onu da döyüblər, karserə salıblar”. Jurnalist dostlar, məlumatı yoxlayın lütfən.

Xədicə İSMAYIL

Bu arada əvvəllər 13 saylı CÇM-də cəza çəkmiş digər siyasi məhbis Pərviz Həşimli də, X.İsmaylın statusuna verdiyi şərhdə dolaysı ilə məsələyə münasibət bildirərək bunları yazıb:
“Elman dəstə rəisididir… Yekəxana, özündən raz adamdır… Bir nəfəri döymüşdü, mən o zaman bunu mediaya çıxardım. Yoxlama gəldi… Döyüləni məcbur etdilər şikayətini çəkdi.”
Onu da qeyd edək ki, bu, 13 saylı CÇM-in Elman adlı əməkdaşının məhbualara işgəncə verməsi, onları döyməsi, hətta müxtəlif vasitələrlə şantaja məruz qoymas barədə mətbuata yansıyan ilk məlumat deyil. Hələ 2015-ci ildə “Yeni Müsavat” qəzetində də 13 saylı CÇM-in dəstə rəisi, baş leytenant Elman Nuriyevin məsbusa işgəncə verərək, döyməsi haqda daha müfəssəl və daha ətraflı xəbər verilmişdi. Həmin xəbərdə deyilirrdi:

” Məhkumu soyundurub videoya çəkib pul tələb etdilər

13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Rövşən Qərib oğlu Əmirova işgəncə verilib. Bu haqda “Yeni Müsavat”a onun atası Qərib Əmirov məlumat verib. O deyib ki, oğluna işgəncə verən müəssisənin dəstə rəisi, baş ədliyyə leytenanatı Elman Nuriyev və onun köməkçisi məhkum Telman Arif oğlu Rəsulovdur.
Məhkum atasının sözlərinə görə, iyulun 8-də görüşdən sonra oğlundan 5 manat istəyiblər. O da deyib ki, pulu yoxdur. Bundan sonra onu E.Nuriyev otağına aparıb və orada ona işgəncə veriblər. “Elman Nuriyev oğlumun əllərini tutub, köməkçisi isə 15-lik dəmir su borusu ilə onun böyrəklərinin üstünə vurub. Huşu itəndən sonra isə paltarlarını çıxarıb lüt şəkildə videoya çəkiblər. Oğluma deyiblər ki, əgər pul verməsən sənin lüt videonu məhkumlara göstərəcəyik. Oğlumdan əvvəl Ceyhun adlı məhkumun videosunu çəkib göstəriblər. Oğlum müəssisə rəisinə bu haqda məlumat verib. Qaradağ rayon Prokurorluğuna da şikayət etmişik” – deyə məhkumun atası bildirib.
Məsələ ilə bağlı Penitensiar Xidmətin mövqeyini dərc etməyə hazırıq.
(http://musavat.com/news/son-xeber/mehkumu-soyundurub-videoya-chekib-pul-teleb-etdiler_279090.html)
E.HÜSEYNOV
Müsavat com”
İndi gələn xəbərlərdə adı çəkilən Elman adlı şəxsin, həmin baş leytenant Nuruyev Elman olduğu haqqında ciddi iddialar var. Araşdırmalarımız davam edəcək. Bizi izləyin.
 
Bu arada, adı çəkilən dəstə rəisinə cavab haqqı tanmağa da, Penitensiar Xidmət rəsmilərinin məsələyə münasibətini dərc etməyə də hazırıq.
“ps-nota.com”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam