Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bəzi yerlərdə şaxta olacağı gözlənilir

Bəzi yerlərdə şaxta olacağı gözlənilir

 

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

 

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 25-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı gözlənilir. Şəhərətrafı ərazilərdə yağışın arabir sulu qarla qarışıq yağma ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-11° isti olacağı gözlənilir. Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq. 

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 25-26-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, 25-də arabir güclənən xəzri küləyinin 26-da gilavar küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturunun gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam