Redaktor seçimi
“Broker Əbülfəz”dən yeni xəbər var:
TƏHSİLİN VERGİSİ, VERGİNİN TƏHSİLİ…
Çar II Nikolayın ailəsini necə öldürüblər -
3 MİN CÜT AYAQQABI, MİLYON DOLLARLIQ ALIŞ-VERİŞ, 300 ÇAMADANLIQ “BAQAJ”…-
Büdcə vəsaiti Beyləqanda “Bermud üçbucağına düşüb”
Baş Prokurorluq rektorun «professor diplomu müəmması»nı araşdıracaq
Uzaqgörən siyasət nümunəsi
RUSİYA İQTİSADİYYATINDA İKİNCİ İFLAS DALĞASI –
Günün xəbəri

Bakıda avtoxuliqanlıq edən məmur oğlu polisə tabe olmayaraq qaçdı– VİDEO + YENİLƏNİB

Bakıda avtoxuliqanlıq edən məmur oğlu polisə tabe olmayaraq qaçdı

 

Noyabrın 17-də bəzi kütləvi informasiya vasitələrində yol hərəkəti qaydalarını pozan, Yol Patrul Xidməti əməkdaşlarının "saxla!" əmrinə tabe olmayan Adıgözəlov Elvin Nüsrət oğlu adlı şəxs barədə məlumat yayılıb və həmin məlumatda Elvin Adıgözəlovun Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutan Nüsrət Adıgözəlov adlı şəxsin oğlu olduğu iddia edilir

 

Yenixeber.org: Bu barədə DGK-nin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir ki, ümumiyyətlə, gömrük orqanlarında Nüsrət Adıgözəlov adlı əməkdaş xidmət etmir: "Bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil".

***

09:17

Bakıda sərxoş sürücü tərəfindən növbəti avtoxuliqanlıq və polisə tabe olmama hadisəsi qeydə alınıb.

Hadisə Nərimanov rayonu ərazisində baş verib.

“10-LJ-600” dövlət qeydiyyat nişanlı, "BMW" markalı avtomobilin sürücüsü Heydər Əliyev prospektində yüksək sürətlə hərəkət edərək manevr qaydalarını pozduğuna görə, ona Yol Patrul Xidmətinin (YPX) "99-YP-481" dövlət qeydiyyat nişanlı xidməti avtomobilində olan polis əməkdaşları tərəfindən "saxla!" əmri verilib. Lakin sürücü əmrə tabe olmayıb. Polisin təqibindən sonra avtomobili saxlayaraq polis əməkdaşlarına müxtəlif bəhanələr gətirən sürücü onlara heç bir sənəd təqdim etməyib.

Müfəttiş sürücüdən kəskin spirt qoxusu gəldiyinə görə, onu Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edib. Bu zaman sürücü heç bir söz demədən avtomobillə ərazidən uzaqlaşıb. Yenidən YPX əməkdaşları tərəfindən təqib olunan sürücü buna məhəl qoymayaraq avtomobili ilə Nizami rayonunun Çobanzadə küçəsində yerləşən restoranlardan birinin həyətinə daxil olub və nəqliyyat vasitəsini orada saxlayaraq restoranda gizlənib.

Sürücünün avtomobili evakuatorun götürə bilməməsi üçün divara və digər avtomobilə mümkün qədər yaxın vəziyyətdə saxlamasına baxmayaraq, avtomobil çətinliklə də olsa, ərazidən götürülərək cərimə meydançasına aparılıb.

YPX əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalar nəticəsində avtomobilin 1984-cü il təvəllüdlü Adıgözəlov Elvin Nüsrət oğluna məxsus olduğu müəyyən edilib. Sürücü haqqında araşdırmalara başlanılıb.

E.Adıgözəlovun Dövlət Gömrük Komitəsində vəzifə sahibi olan Nüsrət Adıgözəlovun oğlu olduğu bildirilir.

Oxu.Az "BMW" markalı avtomobilin YPX avtomobilləri tərəfindən təqib olunduğu kadrları sizə təqdim edir.


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr