Redaktor seçimi
Ağciyər Xəstəlikləri İnstitunda HƏQİQƏTdənkənar özününümayiş:
Binəqədi ziblixanalarında “yuyulan” dövlət vəsaiti:
ON İLLİYİN PROQNOZU –
Monopoliyanı doğuran “Bermud üçbucağı” belə yarandı-
DÜNYA 2018-ə 1,67 TRİLYONLUQ HƏRBİ BÜDCƏ İLƏ GEDİR-
Qorxmaz Hüseynovun qardaşına ağır ittihamlar:
“Broker Əbülfəz”dən yeni xəbər var:
Uzaqgörən siyasət nümunəsi
Günün xəbəri

Messi Azərbaycan millisindən imtina etdi

Messi Azərbaycan millisindən imtina etdi

 

Argentina milli komandasının Azərbaycan və Ukrayna yığmaları ilə keçirmək istədiyi yoldaşlıq görüşünün baş tutmamasının səbəbkarı müəyyənləşib

 

Yenixeber.org:  Bu komandalarla oyunun keçirilməsini Cənubi Amerikadan olan kollektivin, Lionel Messi başda olmaqla, aparıcı oyunçuları istəməyiblər.

Xəbərdə bildirilir ki, Argentina Futbol Assosiasiyası (AFA) gələn il Nigeriya ilə nəzərdə tutulan yoldaşlıq görüşündən əvvəl Azərbaycan və ya Ukrayna ilə qarşılaşmaq niyyətində olub. Bu istək hər iki ölkənin 2018-ci il dünya çempionatının keçiriləcəyi Rusiyaya yaxınlıqdan irəli gəlib. Lakin danışıqların müsbət məcrada davam etdiyi vaxt aparıcı futbolçular ilk növbədə Nigeriya ilə üz-üzə gəlməyi məqsədəuyğun sayıblar.

AFA-nın baş məşqçi ilə danışdıqdan sonra kapitan vasitəsilə futbolçularla məsləhətləşməsinin səbəbi isə əksər oyunçuların uzaq yol qət etmələrindən irəli gəlib. Oyunçulara ilk yoldaşlıq görüşü üçün Nigeriya, Azərbaycan və ya Ukrayna variantları arasında seçim etmələri təklif olunub. Lakin komanda üzvləri Nigeriya variantında israr ediblər.

Qeyd edək ki, Argentina - Nigeriya matçı noyabrın 14-də Krasnodarda keçiriləcək. Artıq hər iki ölkə dünya çempionatına vəsiqəni təmin edib.


Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr