Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Səfir Hulusi Kılıça Bakıda mükafat verildi- FOTOLAR

Bu gün Hilton oteldə “Xəyal production”ın təşkilatçılığı ilə VIII beynəlxalq “The First 2017” mükafatının təqdimetmə mərasimi keçirilib.

Yenixeber.org:  Dövlət Müstəqilliyi Günündə təşkil olunan gecədə Milli Məclisin deputatları, Azərbaycan və Türkiyənin tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər. Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə mükafatın təsisçisi, “Xəyal Production”ın rəhbəri Xəyal Rza bütün iştirakçıları salamlayaraq, mükafat barədə məlumat verib.

X.Rza söyləyib ki,"The First" mükafatı mədəniyyətin inkişafı üçün nəzərdə tutulsa da, elm, siyasət, iqtisadiyyat, ədəbiyyat nümayəndələrinə də təqdim edilir. Daha sonra mükafatın öncəki illərdə olan təqdimetmə mərasimlərinə aid videorolik göstərilib. 

X.Rza qeyd edib ki, bu mükafatı müxtəlif ölkələrdən tanınmış insanlar alırlar. Bu günə qədər təkcə qardaş Türkiyədən 30-dan çox sənət adamı – rejissorlar, aktyorlar, idmançılar, millət vəkilləri bu mükafatla təltif ediliblər: "Bizim təqdim etdiyimiz “The First” mükafatı beynəlxalq mükafat sayılır. Mükafat monitorinq qrupumuzun seçdiyi namizədlərə təqdim ediləcək". 

Tədbirə Türkiyədən, Cənubi Azərbaycandan da  insanlar qatılıblar. Mükafatlandırma mərasiminə dövlət rəsmiləri, deputatlar İsa Həbibbəyli, Məlahət İbrahimqızı, Fəzail Ibrahimli, Türkiyənin mədəniyyət müşaviri İrfan Çiftçi, TÜİB sədri Hüseyin Büyükfırat, Azərbaycan Yazıçılar Birliyinin və Bəstəkarlar İttifaqının sədrləri, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, Xalq Yazıçısı Anar, Xalq artistləri Firəngiz Əlizadə, Vaqif Mustafayev, Rasim Balayev və digər şəxslər də qatılıblar. 

Ümumilikdə, bu il  28 nəfərə müxtəlif nominasiyalar üzrə “The First” mükafatı təqdim olub. Bu mükafatı alanların arasında yazıçılar, sənət adamları, mədəniyyət işçiləri də olub. Eyni zamanda 3 nəfərə İLESAM-ın “Türk dünyası onur medalı"  verilib. Bu medalı  alanların sırasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç da olub.

H.Kılıç ilk olaraq Azərbaycanın Müstəqillik Günü münasibətilə zalda əyləşənləri təbrik edib. O bildirib ki, mükafatın dəyəri onun üçün böyükdür:

"Bu mükafat üçün təşəkkür edirəm. Eyni zamanda bu mükafatın ağırlığını, sorununu da yaşamaq çox önəmlidir. Gerçəkdən bura mənim vətənimdir. Mən gerçəkdən də çox mutluyam. Ömrümün sonuna qədər hər zaman Azərbaycanın sevinci üçün çalışacam. Azərbaycan mənim sevdamdir, eşqimdir ve bu belə də qalacaq. Bunu belə də bilin. Hər birinizə təşəkkür edirəm. Böyük xidmət göstərib bizləri təkrar görüşürdünüz".

Eyni zamanda Hulusi Kılıç tədbirdə Yazıçı Anara "The First" mükafatını təqdim edib.

"The First" mükafatına layiq görünənlər də çıxışlar edərək öz fikirlərini, ürək sözlərini deyiblər.(müsavat)

Əli Rais,
Fotolar müəllifindir

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam