Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Kərkükdə döyüşlər başladı – Son dəqiqə

Kərkükdə döyüşlər başladı – Son dəqiqə

 

 

 

 

 

 

 İraq ordusu Kərkükdə hərbi bazaları və neft quyularını ələ keçirmək üçün əməliyyatlara başlayıb

 

 

 

 

 

 

 Yenixeber.org :AFP xəbər agentliyi İraq ordusunun Kərkük yaxınlığındakı yolları və infrastruktur qurğularını ələ keçirdiyini açıqlayıb. Əməliyyatların başladığını Kürd Muxtariyyətinin Təhlükəsizlik Agentliyi də təsdiq edib.

İraq Türkman Cəbhəsinin lideri Əşrəf Salihi türkmanlara səslənərək, “Tuzhurmatu və Kərkük ətrafında qarşıdurmalar başlayıb. Özünüzü qoruyun”, - deyib.

***

Əməliyyatlardan sonra peşmərgə qüvvələri Kərkükün cənubuna çəkilib.

Bu barədə Kərkükdəki 5-ci cəbhə komandanı Kamal Kərküki “Anadolu” agentliyinə açıqlama verib.

“Peşmərgənin geri çəkilməsindən sonra Ərbildən dəstək qrupları bölgəyə doğru yola çıxıb. İraq ordusu hələ ki, şəhərə daxil ola bilməyib”, - Kamal Kərküki bildirib.

Qeyd edək ki, ötən gün İraq hakimiyyəti Kürd Muxtariyyətinin Kərkükə PKK terrorçularını gətirdiyini açıqlayıb. Rəsmi Bağdad İraq Kürd Muxtariyyətinin bu addımının müharibə elan etmək olduğunu bildirib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam