Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

BNA natəmiz avtobuslara niyə “təmizlik sənədi” verir?

 

BNA natəmiz avtobuslara niyə “təmizlik sənədi” verir?

 

 

Bakı şəhər, Binəqədi rayon sakini Asif Əhmədov paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyatdakı antisanitariyadan şikayətlənib. A.Əhmədov həmin avtobusların Bakı Nəqliyyat Agentliyinin (BNA) nəzarətinə keçməsinə baxmayaraq, oturacaqların pis vəziyyətdə olduğunu, texniki baxışdan keçmədiyini və dezinfeksiya olunmadığını deyib

 

Yenixeber.org: "BNA-nın yoxlamasından keçən bir sıra marşrut avtobuslarına guya onların dezinfeksiya olunduğu, avtobuslarda video müşahidə aparıldığına dair stikerlər vurulub. Halbuki, orada nə hər hansı dezinfeksiyadan, nə də kameradan danışmaq olar. Həmin stikerlərin vurulduğu elə avtobuslar var ki, adam iyrəndiyindən heç oturacağa oturmaq belə istərmir. Belə olduğu təqdirdə o stikerlər nə üçün və hansı əsasla vurulur? Niyə həmin avtobuslar dezinfeksiya olunmur? Niyə oturacaqların örtükləri vaxtında dəyişdirilmir? Niyə buna lazımi nəzarət edilib tədbir görülmür?!"

Sayt bir aydır BNA-nın mövqeyini öyrənməyə çalışsa və rəsmi sorğu göndərsə də, qurumdan hər hansı bir cavab ala bilmədiyini qeyd edib.

Maraqlıdır, dezinfeksiya olunmayan çirkli avtobuslara stikerlər necə vurulur?

Axar.az-a danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, BNA yalnız səlahiyyətləri çərçivəsində daşıyıcı şirkətlərə müvafiq göstərişlər verə bilir:

“BNA bütün avtobuslara nəzarət edən dövlət qurumudur. Avtobusların hər biri daşıyıcılara məxsusdur. Sakinlər sözügedən problemlərlə bağlı narazılıq etməkdə haqlıdırlar. Nazirlər Kabinetinin 141 saylı qərarında da açıq-aydın göstərilir ki, avtobuslar hər reydqabağı təmizlənməli, səliqəli halda xəttə buraxılmalıdır. BNA sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə daşıyıcı şirkətlər qarşısında avtobusların təmiz saxlanılması, lazım olduğu interval müddətində dezinfeksiya işlərinin aparılması, texniki baxışdan keçirilməsi kimi tələblər irəli sürür. Daşıyıcı şirkətlərlə görüşlər zamanı bu tələblər şifahi şəkildə onların diqqətinə çatdırılır”.

M.Ağayevin sözlərinə görə, bu problemlərin əsas səbəbi daşıyıcı şirkətlərin əksəriyyətinin normal istehsalat bazalarının olmamasından qaynaqlanır:

“BNA yenicə fəaliyyətə başladığı müddətdə əksər şirkətlərin istehsalat bazası yox idi. Burada istehsalat bazası deyəndə standartlara cavab verən qarajlardan söhbət gedir. Hazırda istehsalat bazası olan daşıyıcı şirkətlərə məxsus nəqliyyat vasitələrində gigiyena, texniki baxış və s. məsələlərə maksimum dərəcədə əməl edilir. BNA-nın fəaliyyətə başladığı müddət ərzində agentliyin tələbi əsasında artıq bir çox daşıyıcı şirkət istehsalat bazalarının yenidən yaradılması və mövcud bazaların yenilənməsi istiqamətində işlərə başlayıb”.

Natəmiz və dezinfeksiya olunmayan avtobuslara “dezinfeksiya olunduğu, video müşahidə aparıldığı” barədə stikerlərin vurulması səbəbinə gəlincə, qurum sözçüsü bildirib ki, bu stikerlər BNA-nın nəzarətini əks etdirir, onların dezinfeksiya olunması isə şirkətlərin məsuliyyətidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam