Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Avtobuslarda nasazlıq var -Sərnişinlər narazıdır / FOTOLAR

Avtobuslarda nasazlıq var -

 

Paytaxtın Binəqədi-Yasamal rayonu istiqaməti üzrə hərəkət edən 165 nömrəli sərnişin avtobuslarından bəziləri baxımsız vəziyyətdədir.

 

Yenixeber.org: Bu avtobuslarının bəzilərində tutacaqların qırılması sərnişinlər üçün nəqliyyat vasitəsi hərəkətdə olan zaman problem yaradır.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirir ki, məsələ araşdırılacaq. Belə bir hal çoxdan baş veribsə və aradan qaldırımayıbsa, daşıyıcı agentliyə çağrılaraq xəbərdarlıq ediləcək:

“Avtobusların o vəziyyətdə idarə olunması düzgün deyil. Nəqliyyat vasitəsinin hər hansı bir hissəsində nasazlıq varsa, onlar aradan qaldırılmalıdır. Nasazlıq avtobus xəttə olan zaman baş verirsə, axşam istehsalat bazasına qayıdandan sonra təmir olumalıdır. Yox, nasazlıq avtobusun hərəkətinə təsir edirsə, nəqliyyat həmin an xəttən çıxarılmalı, problem istehsalat bazasında aradan qaldırılmalıdır. Uzun müddət aradan qaldırılmayan problemlər daşıyıcının səhlənkarlığının nəticəsidir.

Qeyd edək ki, əvvəlki illərlə müqayisədə köhnə, sınıq, yararsız avtobuslar əvvəl daha çox idi. Lakin son vaxtlar agentliyin daşıyıcılar qarşısında qoyduğu tələblərə uyğun olaraq, bu ilin 9 ayının statistikasına əsasən, 647 sərnişin avtobusu əsaslı təmir olunaraq xəttə buraxılıb. Digərlərinin isə xəttə buraxılması istiqamətində işlər aparılır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam