Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Etibardan sui-istifadə, himayədar məmur, ədalətsiz məhkəmə– bir ortaqlığın süqut etməsi əhvalatı...

Dünyanın ən zor işlərindən biri də biznes ortaqlığıdır. Yüz illərdir azad bazar iqtisadiyyatının, sahibkarlıq ənənələrinin mövcud olduğu ölkələrdə bu, problem deyil, biznesə qoyulan sərmayə də, əldə olunan mənfəət də payçılar arasında zərgər dəqiqliyi ilə bölünür, əlavə söz-söhbətə, mübahisəyə, cığallığa yer qalmır.

Yenixeber.org: Fəqət Azərbaycan tipli ölkələrdə bu kimi münasibətlər biznes ənənələrindən, iqtisadi mexanizmlərdən, müvafiq sazişlərdən və sair sənədlərdən çox, ortaqların vicdanından, insafından, göztoxluğundan asılı olur. Bəzən ortaqlardan biri və ya ikisi tamahkarlıq edəndə, öz şəriklərinə kələk gəlmək istəyəndə, fırıldaq gələndə, etibardan sui-istifadə edəndə ortaya böyük mübahisələr çıxır, haqq-ədalət pozulur, biznesmenlər, ev alanlar ziyana düşür, qurulu iş bərbad olur, hamı əziyyət və ziyan çəkir.

Başına uyğun iş gəlmiş bir sahibkar əli hər yerdən üzüldüyü üçün redaksiyamıza müraciət edib. Onun ad-soyadı Ağayev Etibar Əkbər oğludur. İş dünyasında onu Hacı Etibar kimi tanıyırlar. Hacı Etibarın söhbətindən belə anlaşılır ki, onun etibarından sui-istifadə ediblər.

Etibar Ağayevin söhbəti:

“65 yaşım var. İndiyə qədər şikayət ərizəsi ilə heç bir ünvana müraciət etməmişəm. Şikayət etməyə məni vadar edən mənim ailəvi dostum olmuş Quliyev Kamal Sadat oğludur”.

Uzun müddətdən bəri ev tikintisi ilə məşğul olan Hacı Etibar Kamal Quliyevdən nəyə görə şikayətçi olduğunu danışır: “2008-ci ildə Kamalın xahişi ilə mən onu tikintiyə gətirdim. Onunla birlikdə 4 bloklu bir ev tikdik. Həmin tikintidə mənim payım 60%, onunku 20% olmasına baxmayaraq, Kamalın istəyil ilə bir dost kimi bütün səlahiyyətləri (idarəçiliyi, tikinti materiallarının alınmasını, mənzillərin satışını, işə qəbul məsələlərini və s.). ona verdim”.

Əlbəttə ki, biznes münasibətləri oturuşmuş ölkələrdə belə etməzlər, ən yaxın dosta güvənsələr də, etibar etsələr də, vaxtaşırı yoxlayarlar. Amma hiss olunur ki, Hacı Etibar ailəvi dostuna həddindən artıq etibar edib. Heç demə, onu iş-güclə daha çox yükləməyi Kamal Quliyev özü xahiş edibmiş.

Etibar Ağayevin söhbəti: “Növbəti 1 bloklu ev tikintisi zamanında bütün səlahiyyətlər onda olub. O, mənim etimadımı qazanmışdı və buna görə faktiki olaraq onun fəaliyyətinə nəzarət etmirdim, ona inanırdım. Hətta təzə tikintiyə başlayanda deyirdim ki, mənim nümayəndəm Kamaldır. 2012-ci ildə biz 4 təsisçi, hər birimizin payı 25% olmaqla, “TVİNS-ART” MMC-ni təsis etdik. Xətai rayonunda, Məhəmməd Hadi küçəsindəki 2944-cü məhəllədə bina tikintisinə başladıq. MMC-nin icraçı direktoru olsa da, 5 blokun tikintisinə rəhbərliyi Kamal ələ keçirmişdi. Axır vaxtlar mən hiss etdim ki, Kamal mənə qarşı rəftarında dəyişib, aramızda süni şəkildə münaqişə yaratmağa cəhd edir. Müəyyən müddət keçdikdən sonra o, başqa bir ortağıma qarşı da bu hərəkətləri etdi. “TVİNS-ART” MMC-də və satışından daxil olan külli miqdarda vəsaiti özbaşına götürərüb və vəsaiti başqaları ilə başladığı yeni tikintidə sərmayə kimi istifadə edib. Bundan sonra TVİNS-ART MMC-dən ev alan sakinlərin haqları tapdanıb, mənzillrin təmiri maliyyə çatışmazlığı səbəbindən planlaşdırıldığı vaxtdan gecikib”.

E.Ağayevin sözlərinə görə, o, bununla bağlı araşdırma aparıb və müəyyən edib ki, Kamal Quliyev onlarla birlikdə çalışdığı vaxt oğurladığı pullarla dövlətdə mühüm post tutan bir məmurun nümayəndəsi ilə 2015-ci ildə “AMAL” MMC adlı müəssisə təsis ediblər və ev tikintisinə başlayıblar: “Onların işbirliyinin yaranmasına səbəb Kamalın əvvəllər apardığımız tikintidən həmin məmurun nümayəndəsinə əvvəlcə ikimərtəbəli, bir müddət sonra isə üçmərtəbəli mağazalar satması olub. Bununla bağlı onların arasında işgüzar münasibətlər yaranıb və bizimlə birlikdə çalışdığı müddətdə onlar bizim işimizə aid olmayan, sahəsi 600 m2 olan mağaza tikib və tikintidə bizim materiallardan istifadə edib.

Başqa sözlə, Etbiar Ağayevin dediklərindən belə anlaşılır ki, təbiətcə fərasətli və ünsiyyətcil adam olan, qulluq göstərməyi, iş yarıtmağı bacaran Kamal Quliyev 5-6 il ərzində ona və digər ortaqlarına göstərdiyi xidmətlə böyük etimad qazandığı kimi həmin şəxslərin də etimadını qazanıb.

Sahibkar danışır: “Belə güclü məmurun himayəsi altına keçdikdən sonra o, bizimlə münasibəti daha da kəskinləşdirdi. Biz ondan səlahiyyətləri alıb müəssisənin əsl rəhbərinə - icraçı direktora verdikdən sonra Kamal MMC-dən çıxmaq qərarına gəldi. Öz payının başqasına satılması bəhanəsi ilə müəssisəyə oğru aləminin adamlarını gətirərək bizi qorxutmağa çalışdı. Bu, baş tutmadıqdan sonra o, götürdüyündən əlavə vəsait almaq məqsədilə təsisçilikdən çıxmaq üçün məhkəməyə müraciət etdi”.

Bundan sonra isə ortaqlar arasındakı münasibətlər tamam pozulub. E.Ağayev hesab edir ki, həmin məmurun təsiri ilə K.Quliyev onlara və ev alanlara qarşı son dərəcə ədalətsiz bir qərarın çıxarılmasına nail olub.

Etibar Ağayevin söhbəti: “Bu il iyulun 2-də Xətai rayon məhkəməsinin qətnaməsi ilə MMC-yə məxsus əmlakın çox böyük hissəsinin Kamala verilməsi barədə qətnamə çıxarıldı. Təsəvvür edin ki, 4 təsisçi olmasına baxmayaraq, məhkəmə MMC-nin 120 m2 ofisini də ona verib, bununla da böyü birkollektivin işlədiyi müəssənin fəaliyyətinin iflic olması təhlükəsi yaranıb. Məhkəmə müəssisədə mənzil satışına qadağa qoymaqla tikintinin davam etdirilməsi üçün onsuz da çox az qalmış vəsaitin daxil olmasının qarşısını alıb və tikintinin faktiki dayanmasına səbəb olub".

Bəs bu necə ola bilər? Ortada hər birinin 25 faizlik payı olan 4 ortaq var. Onlardan biri ayrılır, hər şeyi götürür, yerdə qalan 3 payçı və mənzil alanlar əliboş, hətta zərərdə qalır.

Sahibkar şikayətinin məğzini deyir: “Məhkəməyə göstərilən təsirlər nəticəsində ekspert rəyi alınıb ki, 1 m2 tikinti 350 man başa gəlir, halbuki tikinti ilə məşğul olan hər kəs bilir ki, bu mümkün deyil. Nümayəndəmizin etirazına baxmayaraq, məhkəmə iş üzrə əlavə ekspertizanın keçirilməsi xahişini rədd edib.

E.Ağayevin sözlərinə görə, bundan başqa, Kamal Quliyev 2016-cı ilin noyabr ayında Nəsimi rayon məhkəməsinə müraciət edərək, öz payını 1 600 000 (bir milyon altı yüz min) manata satmaq istədiyini bildirib, ancaq Xətai rayon məhkəməsi isə bu tələbdən 4-5 dəfə çox dəyərə malik əmlakın ona verilməsini qət edib.

Burada zəruri dəqiqləşdirməyə ehtiyac var: Sahibkarın bayaqdan bəri sözünü etdiyi naməlum qüdrətli məmur kimdir?

Bu işdə dövlət məmurunun adının hallandırılmasını indilikdə düzgün hesab etməyən sahibkar qeyd edir ki, hər halda o şəxsdən çox şey asılıdır: onun ya bu işdə əli olduğu bilinəcək, ya da o, qohumlarına və onların ortağı Kamal Quliyevə təsir edəcək ki, onlar ədalətli olsunlar, ortaqlığı halallıqla bitirsinlər, mənzilalnların haqlarını versinlər, məhkəmələrə təsir göstərərək öz xeyirlərinə qanunsuz qərarlar çıxartdırmasınlar.

E.Ağayev deyir: “Biz hesab edirik ki, əlavə ekspertlər təyin olunarsa, tərəfimizdən lazımi sənədlər təqdim edilməklə məhkəmələr yeni qərar qəbul edib TVİNS-ART MMC-in və 500-dən artıq mənzil alanın, eləcə də təsisçilərin haqlarını təmin edəcək".

Sahibkar ümid edir ki, aidiyyatı orqanlar MMC-nin dörd təsisçisinin mənfəətindən çox, 8 girişli binanın tikilib təhvil verilməsinin daha vacib olduğunu anlayacaqlar.

Göründüyü kimi, bu, tikinti maqnatları arasında düşən adi qovğa, intriqa deyil. Burada etibardan sui-istifadəyə, inzibati resurslardan, vəzifə səlahiyyətlərindən yararlanaraq ədalətsiz qərarlar qəbul etdirməyə dair ciddi iradlar var.

Ona görə də adları çəkilən və çəkilməyən şəxslərin bu iddialara cavab verməsi lazımdır.

X.Asifoğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam