Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Akademik Anatoli Peşko-“Dünya müharibəsi Qarabağdan başlaya bilər”

 

“Dağlıq Qarabağda münaqişənin alovlanması qlobal müharibəyə gətirib çıxara bilər. Axı Dağlıq Qarabağ ətrafında mübahisələr təsadüfi deyil. Münaqişə qlobal hökmranlıq əldə etmək istəyən ölkələr tərəfindən yaradılıb”.

      Yenixeber.org: Bu barədə akademik, Ukrayna İqtisadi Elmlər Akademiyasının prezidenti Anatoli Peşko Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsini şərh edərkən deyib.

      Onun sözlərinə görə, münaqişə zonalarında zərgər dəqiqliyi ilə siyasət yürütmək lazımdır. “Hazırda Rusiya və Birləşmiş Ştatlar arasında ciddi mübarizə gedir və Qarabağda vəziyyət kəskinləşərsə, maraqlı tərəflər Azərbaycan və Ermənistan xalqlarının maraqlarını nəzərə almayacaqlar”, - ekspert əminliklə bildirib.

     “Ümumiyyətlə, diqqət yetirin: Rusiya ilə həmsərhəd bir çox ölkələrdə hərbi münaqişələr yaranıb. Bu da təsadüfi deyil. Xalqlara məşəqqətlər gətirmiş “ərəb baharı” kimi. Bir vaxtlar indi dünyadan köçmüş Zbiqnev Bjezinski “ərəb baharı” barədə danışarkən demişdi ki, bu, MKİ-nin öz tarixi boyunca həyata keçirdiyi ən uğurlu əməliyyatdır”.

Anatoli Peşko

      Məhz buna görə Peşko hesab edir ki, ən pis sülh belə ən yaxşı müharibədən yaxşıdır. “Əgər hər hansı münaqişəni sülh yolu ilə tənzimləməyə ən kiçicik də olsa imkan varsa, danışıqlara getmək lazımdır. Minsk formatı ideal deyil, lakin mən xalqların əzab çəkməməsi naminə ölkələr arasında istənilən qarşılıqlı əlaqə variantını üstün tuturam. Yaxşı olardı ki, toplar deyil, insanlar danışsın. Həmişə istənilən, hətta ən az nəzərə çarpan təmas nöqtələrini axtarıb tapmaq lazımdır.

      Uinston Çörçill deyirdi ki, bütün müharibələr danışıqlar masası arxasında başlayır və elə orada da bitirlər. Ölkələr və xalqlar nə qədər düşmənçilik etsələr də, son nəticədə gec, ya tez sülh bərqərar olur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam