Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Rusiyanın Donbasdakı aqressiv addımlarını tənqid etməliyəm" -ABŞ-ın BMT-dəki səfiri

ABŞ-ın BMT-dəki yeni səfiri Nikki Heyli (Nikki Haley) qurumdakı ilk rəsmi çıxışını Ukraynadakı vəziyyətə həsr edib.

Xeberinfo.com:  N. Heyli Donbasda yaranmış vəziyyətlə əlaqədar Rusiyanı tənqid edib və Krım probleminə toxunub. “Təəssüf ki, ilk açıq çıxışımda mən Rusiyanın Donbasdakı aqressiv addımlarını tənqid etməliyəm. Belə olmaz. Biz Moskva ilə münasibətləri yaxşılaşdırmaq istəyirik, lakin Ukraynanın şərqindəki dəhşətli vəziyyət bizdən Rusiyanın fəaliyyətini kəskin şəkildə pisləməyi tələb edir”, – deyə o, söyləyib.

 N. Heyli Krım ətrafındakı duruma da toxunub. O, Krımı “Rusiyanın aqressiv fəaliyyətindən əziyyət çəkən Ukraynanın daha bir hissəsi” olaraq xarakterizə edib. Səfir bəyan edib ki, Rusiya bu ərazilər üzərində nəzarəti Kiyevə qaytarana qədər Krımla bağlı tətbiq olunmuş sanksiyalar qüvvədə qalacaq.

Qeyd edək ki, Respublikaçılar Partiyasının nümayəndəsi olan hind əsilli N. Heyli bundan əvvəl Cənubi Karolina ştatının qubernatoru idi. O, Donald Tramp tərəfindənBMT-dəki səfir vəzifəsinə namizəd irəli sürülüb və namizədliyi Senatda hər iki partiya tərəfindən dəstəklənərək bu vəzifədə Samanta Paueri əvəz edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam