Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İki vəzifəli şəxslə bağlı həbs qətimkan tədbiri seçildi

 

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi “Fuad LTD” MMC-nin vəzifəli şəxslərinin dələduzluğu ilə bağlı məlumat yayıb. 

 

"xeberinfo.com": Əldə etdiyimiz  məlumatda bildirilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmiş “Fuad LTD” MMC-nin vəzifəli şəxslərinin dələduzluq yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmələri və digər qanunsuz hərəkətlərə yol vermələri barədə cinayət işinin materiallarından İmişli rayon sakinləri Səbirulla Əliyev və Siyab Məmmədovun ayrı-ayrı şəxslərə qarşı dələduzluq etmələri faktı üzrə ayrılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Aparılmış istintaqla S.Əliyevin tanışı S.Məmmədovla əlbir olub cinayət əlaqəsinə girərək Bakı şəhər sakininin ona məxsus Mərdəkan qəsəbəsindəki bağ sahəsini digər şəxslərə satmasına razılıq verməsinə nail olmaqla 21 min 600 manat məbləğində pulunu ələ keçirməsində, «Fuad LTD» MMC-nin direktoru Qasım Məmmədovun etibarından sui-istifadə edərək əldə etdikləri 3 ədəd mənzilin guya özlərinə məxsus olması və aldatma yolu ilə digər şəxslərə satıb 86 min manat məbləğində özgənin küllü miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmələrində şübhələr üçün əsaslar olduğundan S.Əliyev və S.Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam