Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Türkiyədə 17 əcnəbi saxlanıldı

 

Türkiyənin hüquq-mühafizə orqanları Qaziantepdə İstanbul aeroportunda baş vermiş terror aktında şübhəli bilinən 17 əcnəbini saxlayıb.

Xeberinfo.com:   Bu haqda "CNN Turk" telekanalı hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, saxlanılanların İŞİD terror qruplaşması ilə əlaqəsi olduğu üzə çıxıb.

Qeyd edək ki, bir az əvvəl "Haber Turk" İstanbuldakı terror aktında şübhəli bilinən 11 nəfərin saxlanılması haqda məlumat yayıb. Məlumatda bildirilirdi ki, saxlanılanlar İŞİD terror qruplaşmasının üzvləridir.

İstanbulda polisin keçirdiyi xüsusi əməliyyatdan sonra terrorda əli olmaqda şübhəli sayılmaqla saxlanılanların sayı 24 nəfərə çatıb. Qaziantepdə reydlər, Türkiyənin cənubunda - Suriya ilə sərhədin yaxınlığında saxlanılanlar da nəzərə alınmaqla, ümumilikdə 41 nəfər polisin nəzarəti altındadır.

Xatırladaq ki, İstanbulun Atatürk adına Beynəlxalq Hava Limanında iyunun 28-də baş vermiş terror aktında 43 nəfər həlak olub. Onlardan 19-u əcnəbilərdir. Hadisə zamanı 240 nəfər xəsarət alıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam