Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ərdoğanın Bakı səfərinin gizlinləri

 

Rəcəb Tayyib Ərdoğan Bakıya həm də “Tvitter”, “Youtube" kimi şəbəkələrin Türkiyə ərazisində bağlanması barədə populyar olmayan qərarlar qəbul edəndən sonra gəlmişdi. 

 

  "xeberinfo.com": Ümumiyətlə etiraf edim ki, məndən ötrü Ərdoğanın Azərbaycana səfəri heç vaxt indiki qədər maraqlı olmamışdı. Əvvəla ona görə ki, Ərdoğan Azərbaycana Rusiyanın regionda xüsusi fəallıq nümayiş etdirməsi, Krım türklərinin taleyinə də toxunan aqressiv qərarlar qəbul etməsi ilə bir vaxtda gəlmişdi. İkinci tərəfdən baş nazirin Azərbaycana səfərini onun bu ərəfədə verdiyi müxtəlif bəyanatlar kifayət qədər cazibədar edirdi. Başbakan seçki ərəfəsindəki çıxışlarında Azərbaycanın adını çəkmiş və bu heç də həmişə  müsbət olmamışdı.

Üstəlik də Türkiyədən sızan Nurun bir şəfəq cızığının da Azərbycandan keçməsi, bu təriqəti daşıyanların Azərbaycanda mühüm postlarda qərar tutması barədə deyilənlər türk demiş "söz konu"su idi və bu baxımdan hətta belə söhbətlər də gəzirdi ki, qonaq gələndə bir iki ali nəfərin taleyi həll olunacq. Hətta guya baş nazir özü ilə hansısa siyahı gətirib və sair. Elə bütün bunlara görə də Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri sətiraltıları ilə də maraq doğururdu. Amma bu həm də o Türkiyənin başbakanı idi ki, Azərbaycanın ağır günlərində onun başının üstünü kəsdirmişdi, özünün “Qızıl şahinlər”i ilə. Bu şahinlər göydə Allahdan aşağı qanadları ilə sipər çəkmişdi ki, Azərbaycanı qorusun. Bu dəfə də oxşar vəziyyət yaranmışdı. Başbakan o zaman gəlmişdi ki, Rusiyadan təhdid dolu bəyanatlar gəlir, gizlətməyəcəyəm cəmiyyətin müəyyən yaruslarında Azərbaycana mümkün müdaxilə ilə bağlı təşviş də var. Görünür, belə düşünənlər də haqlıdır ki, Türkiyə növbəti dəfə hamıya Azərbaycanın tək olmadığını sübut etmək istəyir. Elə bu səbəbdən də Prezident Adminstrasiyası rəhbərinin müavini, Əliyev - Ərdoğan danışıqlarında iştirak etmiş Novruz Məmmədovla görüşə xüsusi maraqla getmişdim. Məncə zənnimdə də yanılmadım. 

Novruz Məmmədov: "Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqlik müqaviləsinin bağlanması çoxdandır ki, gündəlikdədir. Bu gün beynəlxalq münasibətləridəki vəziyyət təkcə bir ölkənin istədiyindən asılı olmur. Hansı ölkə olursa olsun. Türkiyə NATO üzvü olduğu üçün, onun üzvlər qarşısında müəyyən öhdəlikləri var. NATO üzvü olan bəzi ölkələr ola bilər ki, bu əməkdaşlığa müsbət yanaşmazlar. Belə ölkələr olub və var. Özünüzdə müşahidə etdiniz bu günlərdə Türkiyənin yüksək çinli hərbçiləri və müdafiə naziri burada oldu. Münasibətlərin dediyiniz səviyyəyə çatması üçün müəyyən addımlar atılır. Düşünürəmki, buna nikbin baxmaq lazımdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam