Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Sığorta Mamed"lə Abid Şərifovu nə birləşdirir?

 

Baş nazirin birinci müavininin bacısı «Azərsığorta»nın direktoru Məmməd Məmmədovun işçisi və şərikiymiş 

Xeberinfo.com:   «Azərsığorta» Dövlət Şirkətinin rəhbəri «Sığorta Mamed» kimi tanınan Məmməd Məmmədovla bağlı yeni ilginc məlumatlar ortaya çıxıb. JAM.AZ-a daxil olan məlumatlara görə, sözügedən şəxs təkcə Maliyyə Nazirliyinin ayırdığı pulları darmadağın etmirmiş. Onun həmçinin əmlak işlərində də bir sıra əməliyyatlar həyata keçirdiyi deyilir. 

Redaksiyamıza məlumat verən mənbələrin bildirdiyinə görə, «Azərsığtorta»nın bütün rayonlarda əmklakı var və Məmmədov da onların hamısını özəlləşdirib. Və bu özəlləşdirmədən sonra onlar üzərindən pullar qazanmağa başlayıb. «Həmin əmlakları sonradan 10-20 dəfə bahasına şirkətin yerli şöbələri üçün icarəyə götürdü. Hazırda sığorta şirkəti həmin icarə haqlarına görə, hər ay milyonlarla manat pul ödəyir».

JAM.AZ-a məlumat verən mənbələr daha bir ilginc məqama aydınlıq gətiriblər. Ötən günlərdə bildirmişdik ki, «Azərsığtorta»nın baş mühasibi Əfruz Şərifovadır. Bu xanımın da Məmməd Məmmədovla ortaq olduğu və bir çox işlərinin varlığı qeyd olunurdu. Mənbələr qeyd edirlər ki, Əfruz Şərifova heç də kiçik şəxs deyil. Onun qardaşı baş nazirin birinci müavini Abid Şərifovdur. «Əfruz Şərifova məhz qardaşının hesabına dövlətdən milyonlarla manat pul almağa nail olur. Yəni, Abid Şərifovun tapşırığı əsasında «Azərsığtorta»ya külli miqdarda pulun ayrılmasını həyata keçirir». 

Bir ilginc məlumat isə «Sığorta Mamed»in Hacı Məmmədovla yollarının kəsişməsi ilə bağlıdır. JAM.AZ-a verilən məlumata görə, xeyli əvvəl Hacı Məmmədov şirkət rəhbərinin oğlunu oğurlayıbmış. «Həmin vaxt Mameddən 1,5 milyon dollar tələb edirmişlər. Lakin «Sığorta Mamed» həmin pulu verməkdən imtina etmişdi. Bu vaxt onun oğlunu cəzalandırmışdılar ki, nəticədə, qorxuya düşən şirkət rəhbəri tələb olunan pulu çatdırmalı olmuşdu. 2 il qabaq «Sığorta Mamed» digər oğlunu «Kapital Bank»ın vəsaitlərini səmərəsiz yerə sərf etdiyinə görə, işdən çıxardılar. Onun avtomobillərə dəyərindən çox kredit ayırdığı məlum olmuşdu. Həmin vaxt o, bunun cəriməsini çox ağır şəkildə ödəməli oldu. Üstəlik, oğlunu həbsdən xilas etmək üçün Karlovı Varı şəhərindəki villasının yaxınlığında işi həll edən məmura yeni villa tikdirməli olmuşdu. Hazırda həmin oğlu Beynəlxalq Bankın sədri təyin etdirib. Amma bütün xərc və cərimələri yola verən Mamed, sonda yaxin çevrəsinə demişdi ki, "Hacı (Məmmədov) bunlarin yaninda toya getməliymiş». 

JAM.AZ-a məlumat verən mənbə sonda onu da bildirir ki, «Sığorta Mamed»in Abid Şərifovun bacısı ilə birlikdə yeni planları da üzə çıxıb. Onların bildirdiyinə görə, Məmməd Məmmədov şərikləri ilə birlikdə «Azərsığorta»nı oəğv edərək, onu özəlləşdirməyi qərarlaşdırıblar. «Məmməd Məmmədovun hazırda bir neçə sığorta şirkəti daha var. Ölkədə fəaliyyət göstərən bəzi sığorta şirkətlərini də o yaradıb, lakin sonradan satıb. Hazırda əsas hədəfi «Azərsığorta»nı özəlləşdirməkdir. Bu məqsədlə ilin sonuna kimi rayon filialları ləğv ediləcək. Artıq 7-8 filial ləğv edilib». 

Qarşı tərəfi də dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam